““Asacağıq, kəsəcəyik” deyə xox gəlməsi…” - AYB-dən Abutalıbovla bağlı bəyanat

12 Sentyabr 2017, 14:44
AAA
Azərbaycan Yazıçılar Birliyi qalmaqallı "26" kafesi ilə bağlı bəyanat yayıb.

AZXEBER.COM həmin bəyanatı təqdim edir:

"Uzun illərdir ki? Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. Bu  kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır. «Buranı bağlayacayıq, qoymayacayıq» və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə  ağır maddi durumda olan yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz. Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz.

Qalmaqalın özü barədə. Nədən başladı rəsmi şəxslərin və qabaqcadan  xəbərdar edilmiş media nümayəndələrinin iştirakıyla keçirlirən bu basqın, reyder reysi?

Kiminsə ağlına gəlib ki, dünya kafelər şəbəkəsi kimi məlum olan 26 rəqəmini  adı bədnam Bakı komissarlarıyla əlaqələndirsin. Güllələnmiş adamların şərəfinə kafe? Bu fikir o qədər gülünc və absurddur ki, heç cavab verməyə də dəyməzdi. Amma  bu uydurma bəhanəylə kimlərinsə coşub özündən çıxması, «asacayıq, kəsəcəyik» deyə xox gəlməsi acı təəssüf doğurur. Kafeni işlədənlərin  atası və qardaşının ermənilər tərəfindən qətlə yetirildiyini  yada salanda  şəhid ailəsini erməni havadarlığında suçlamaq abırsızlığın son həddidir. Bu azmış kimi hətta Yazıçılar Birliyinə də əl və dil uzadırlar. O təşkilata ki, Qarabağ fitnəkarlığı ortalığa atılandan bəri  həmişə  erməni millətçiləriylə  mübarizənin ən fəal iştirakçısı olub. Bir çox yazıçılarımız, o cümlədən Birliyin rəhbərləri Bakıda, Moskvada, Türkiyədə, Avropa ölkələrində xalqımızın     haqq işini  müdafiə edən, erməni təcavüzünü,  dinc əhaliyə qarşı vəhşiliklərini ifşa edən yazılar yazıb, çıxışlar ediblər.

Guya kiminsə arvadı ya dayısı ermənidir kimi populist sözləri  və psixi sapıntıları ciddi qəbul etmək düz deyil, onları sadəcə sayıqlama saymaq olardı, amma Bakının İcra başçısı Hacıbala Abutalıbov kimi mötəbər rəsmi şəxsin Birliyimizin katibi Çingiz Abdullayevə verdiyi  cavaba münasibət bildirməmək  də olmaz, çünki bu cavab  yumşaq şəkildə desək yanlışlıqlarla doludur. Əvvəla kafenin keçmiş adı  Hacıbala müəllimin dediyi kimi «26-lar» yox «26»dır. İkincisi,  kafenin  adının həm də ingiliscə yazılması da heç cür komissarlarla əlaqələndirilə bilməz. Onda gərək Bakıda yüzlərlə müəssisənin, idarənin, dükanın, bankın, otelin adlarının həm də ingiliscə yazılması da komissarlarla bağlı olsun. Bakının bir çox ictimai iaşə yerlərində olduğu kimi «Xanımlara qəlyan çəkmək pulsuzdur» ifadəsi  buranı əxlaqsızlıq yuvası və priton adlandırmağa əsas vermir. Əgər əxlaqsızlıq yuvaları axtarırlarsa, bəzi bağlarda və küçələrdə  müştəri axtaran həqiqi pozğunları  yığışdırsınlar.

Bəs bu lüzumsuz mərəkənin əsl səbəbi nədir? Bu çox sadə izah olunur. Sentyabrın 8-də «Yeni Müsavat» qəzetində  Bakının bir küçəsinin  foto şəkli verilmişdi. Küçə «26 Bakı komissarı» (!) adlanır. Özü də Sabunçu rayonundadır.

Azərbaycan 26 ildir ki, müstəqilliyini elan edib. (26 rəqəmini ayrı yerə yozmayın ha)! Bu 26 ildə nəinki küçənin adı dəyişdirilməmiş, onun lövhəsi belə təzələnmiş və latın əlifbasıyla yenidən yazılıb divara vurulmuşdur. Xalqımızın cəlladlarının xatirəsinə havadarlıq etmək bax budur və  elə həmin gün, yəni qəzetdə bu məlumat və şəkil çıxan gün hədəfi ayrı ünvana yönəltməkçün bu "26” kafe avanturasına start verildi. Əhsən deyək ki, bu kampaniyanın təşkilatçıları  çox qıvraq hərəkət ediblər. Ayın 8-də olan hadisəyə 9-da çıxan rəsmi qəzetlərdə  dərhal geniş material həsr olunub və  həmişə hər şeyə hazır olanların rəyləri toplanıb. Elə bil yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün hayıf çıxırlar.

Sovet dövrünü yaşamış insanlar belə əcinnə ovlarını da, məsələnin əsl mahiyyətindən xəbərsiz «cəmiyyət nümayəndələrinin» əlüstü «ovçularla»  həmrəy olduqlarını da yaxşı xatırlayırlar. Elə Şaumyanı da, başqa komissarları da tərifləyib göylərə qaldıran, bu temalarda dissertasiyalar müdafiə edib yüksək elmi adlar alanlar öz tarixçilərimiz deyildimi? Hansı biri üzrxahlıq edib, O, Azərbaycan xalqından onu illər boyu aldatdıqları üçün üzr istəyib?

Hacıbala müəllim iddia edir ki, «Sözü gedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn  Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu  Natəvan  klubuna aiddir. Belə bir yerə əxlaqsız gecə klubu olan «26-lar kafesi»nin   fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir».

Dahilərin ruhuna və Azərbaycan xalqına hörmətsizlik bilmədiyin bir məsələ haqqında belə iddialı hökmlər verməkdir. Natəvan klubu  Yazıçılar Birliyinin o məkanında deyil, həmişəki kimi üçüncü mərtəbəsində yerləşir və indi də fəaliyyət göstərir, demək olar ki, hər gün bu klubda  ədəbi tədbirlər keçirilir. Əgər hörmətli Hacıbala müəllim bir dəfə Yazıçılar təşkilatına reyder reysiylə deyil, əziz müsafir kimi təşrif gətirsəydi onu məmnuniyyətlə dördüncü mərtəbədə yerləşən və fəaliyyət göstərən Məmməd  Arif kitabxanasıyla da tanış edərdik və bu böyük alimin binamızda vurduğumuz   barelyefini də görərdi.

Hacıbala müəllim Natəvan klubunda bir ədəbi tədbirimizdə iştirak etsəydi onu da bilərdi ki, mənhus 37- ci ildə repressiya qurbanları olmuş böyük Hüseyn Cavidin və Mikayıl Müşfiqin Natəvan klubundan xəbərləri ola bilməzdi, çünki bu klub 1939-cu ildə açılıb. (Elə Yazıçılar  İttifaqı da o vaxtdan  bu binaya  köçüb).  Axı nə qədər  yanlış sözlər deyib onlardan yanlış nəticələr çıxarmaq, ictimaiyyəti  xamlamaq olar. Yeri gəlmişkən bu böyük alimin - Məmməd Arifin  yaşadığı evə xatirə lövhəsi vurdurmağı Hacıbala  müəllimdən xahiş  edirik.

Ermənilərin və ermənipərəstlərin Azərbaycan Yazıçılar Birliyinin əleyhinə dedikləri, yazdıqları, Sovet vaxtı Moskvaya millətçiliyimiz haqqında  danos vermələrinin səbəbi aydındır. Bəs özümüzünkilər niyə bu təşkilata belə qənim kəsilib, əllərindəki bütün imkanlardan istifadə edərək  bu təşkilatı və ayrı-ayrı görkəmli  yazıçıları nüfuzdan salmağa çalışırlar? Yazıçıların nə külli miqdarda varı-dövləti, nə yüksək  vəzifələri, nə müxtəlif imkanları var. Bircə silahları var – o da qələmləridir, amma unudulmasın ki, bu çox güclü silahdır və həmin silahla damğalananlar tarixdə bu damğayla qalacaqlar.

Bununla da bu mübahisəyə son qoymaq istəyirik və qarşı tərəfi də Yazıçılar Birliyi kimi nüfuzlu təşkilata daha təmkinlə və hörmətlə yanaşmağa çağırırıq".   

Oxunma sayı : 5281

SON XƏBƏRLƏR
DiKaprio Trampı tənqid etdi - 21 Sentyabr 2017, 22:40
Xameneyi "Donald Tramp aciz və başıboşdur" - 21 Sentyabr 2017, 22:00
Dövlət qulluğuna qəbul üzrə müsabiqə — 25 nəfər qəbul edildi - 21 Sentyabr 2017, 21:29
"Nazir Fuad Poladovun səhhəti ilə özü maraqlanır" - teatrdan açıqlama - 21 Sentyabr 2017, 21:00
ANS-lə bağlı MTRŞ-dan — Açıqlama - 21 Sentyabr 2017, 20:38
Vüsal Quliyev: “Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır” - 21 Sentyabr 2017, 20:18
AZTV sədrinə sui-qəsddə təqsirləndirilən şəxs həbs edilib - 21 Sentyabr 2017, 20:02
Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlanıb - 21 Sentyabr 2017, 19:23
Azxeber.com "İnstagram" istifadəçilərini də bir araya toplaya bildi: "100 min olduq" - 21 Sentyabr 2017, 18:50
12 yaşlı qızın atalığından dünyaya gətirdiyi uşaq öldü - 21 Sentyabr 2017, 17:54
Məhşur klubdan Fatih Terimə təklif - 21 Sentyabr 2017, 17:50
Milli Məclisin deputatı fəlsəfə doktoru oldu - FOTO - 21 Sentyabr 2017, 17:37
Mübariz Qurbanlıdan şeyxlə bağlı xəbərlərə - REAKSİYA - 21 Sentyabr 2017, 17:36
Azərbaycanda universitetdən hicablı tələbələrə QADAĞA: "Hicablılar dərsə buraxılmayacaq - 21 Sentyabr 2017, 17:18
İtaliya səfirliyində rüşvət qalmaqalı: tələbələrdən viza üçün pul alınıb? - 21 Sentyabr 2017, 17:06
Akif Əli Azərbaycanı tərk etdi - 21 Sentyabr 2017, 17:02
Zakir Həsənovdan komandirlərə ciddi tapşırıq - Düşmənə maksimum zərər vurun - 21 Sentyabr 2017, 16:58
Nazirlər Kabinetində yeni təyinatlar - 21 Sentyabr 2017, 16:55
Nəsimi rayonunda 21 sentyabr Beynəlxalq Sülh günü qeyd edildi - 21 Sentyabr 2017, 16:36
Türkiyədəki evlilik verilişinin tanınmış siması: “İştirakçılar arasında azərbaycanlı fahişələr də vardı” – MÜSAHİBƏ - 21 Sentyabr 2017, 16:15
Mərhum nazirin gəlini özünə dəbdəbəli ad günü keçirdi - FOTOLAR - 21 Sentyabr 2017, 15:59
Sabina Selcanın libası “əyninə” dar gəldi – VİDEO - FOTOSESSİYA - 21 Sentyabr 2017, 15:50
Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti - 21 Sentyabr 2017, 15:38
Bakıda Lənkəranski ilə bağlı mahnı iki gəncin həyatını məhv etdi - 21 Sentyabr 2017, 15:05
Prezident Elçin Quliyevlə bağlı sərəncam imzaladı - 21 Sentyabr 2017, 14:59
Moskvada miqrantların iştirakı ilə kütləvi dava olub - 250 nəfər saxlanılıb - 21 Sentyabr 2017, 14:39
Azərbaycanda zəlzələ oldu - 21 Sentyabr 2017, 14:29
Azərbaycan İŞİD-dən xilas edilən uşaqları gətirmək üçün işə başladı - 21 Sentyabr 2017, 14:17
Mətanət sinəsini açdı, tənqid olundu - fotolar - 21 Sentyabr 2017, 14:10
Sabahdan Məhərrəm ayı başlayır - 21 Sentyabr 2017, 14:09
AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir - 21 Sentyabr 2017, 14:08
Generala “şərəfsiz dedi, butulkalar göydə uçuşdu - MTN məhkəməsində dava - 21 Sentyabr 2017, 13:36
İqtisad universitetinin keçmiş rəhbərliyinə cinayət işi açılır - Dövlət əmlakını taladıqlarına görə - 21 Sentyabr 2017, 13:27
Arvadını və qızını döydü, qumbarayla hədələdi - Azərbaycanda şok - 21 Sentyabr 2017, 12:56
"O qədər baş kəsibsən ki..." - Generalın məhkəməsindən - 21 Sentyabr 2017, 12:54
Afaq Aslan Azərbaycanı təmsil edəcək: “23 gözəldən biri də mənəm” - FOTOLAR - 21 Sentyabr 2017, 12:36
Bəzi yerlərdə yağış yağacaq - 21 Sentyabr 2017, 12:30
Tanınmış jurnalist xəstəxanaya yerləşdirildi: ürəyinə stend qoyuldu - 21 Sentyabr 2017, 12:24
Nazir departament rəhbərini və müavinini işdən çıxartdı - 21 Sentyabr 2017, 12:15
Bakıda ilk dəfə “Influencer Day ” tədbiri keçiriləcək - 21 Sentyabr 2017, 12:02
Ziya Məmmədovun bacısı bu süjetə görə işdən çıxarılıb? - VİDEO - 21 Sentyabr 2017, 11:51
İşdən çıxarılan vəzifəli şəxs axtarışa verildi - 21 Sentyabr 2017, 11:42
Prezident Milli Məclisin dəyişikliyinə etiraz etdi - Qanun layihəsini geri qaytardı - 21 Sentyabr 2017, 11:22
Turan İbrahimov Şeyxin qudası haqqında: Danışdıqca batır - VİDEO - 21 Sentyabr 2017, 11:19
Çingiz Qənizadə Hacı Qalibi məhkəməyə verir: "Həbs edilsin" - 21 Sentyabr 2017, 10:53
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10