07:32 çərşənbə, 21 Noyabr 2018
SOSİAL

“ASAN Radio” Gəncədə yayıma başladı

15:44, 21.11.2017334
“ASAN Radio” Gəncədə yayıma başladı
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan "ASAN Radio” yaradılmasının iki illiyi ərəfəsində Gəncə şəhəri və ətraf bölgələrdə 96.5 Mhz tezliyində yayıma başlayıb.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Təminatı Şöbəsinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Bildirilib ki, "ASAN Radio”nu Gəncə şəhəri ilə yanaşı, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy və digər iri şəhər və rayonlarda da dinləmək mümkündür.

Qeyd edək ki, "ASAN Radio”nu Bakı və Abşeron yarımadası, Sumqayıtda 100.0 Mhz tezliyində, Cənub və Aran bölgəsində Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında isə 92.7 Mhz tezliyində dinləmək mümkündür. 

Hazırda "ASAN Radio”nun yayım dairəsi Azərbaycan bölgələrinin 65-70%-ni əhatə edir.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
XƏBƏR LENTİ