19:09 Cümə Axşamı, 14 Dekabr 2017
SOSİAL

Astarada dağ uçdu, qaya parçaları yolu bağladı

16:28, 20.11.2017159
Astarada dağ uçdu, qaya parçaları yolu bağladı

Astaranın dağ kəndlərinə çəkilən yeni yol boyunca sürüşmə aktivliyi artıb. Növbəti dəfə güclü yağışlar yağarsa, sürüşmənin miqyası bir qədər də böyük ola bilər.

AZXEBER.COM "APA TV"-nin cənub bürosuna istinadən xəbər verir ki, dağdan lay torpaq qatı və daş parçaları sürüşərək yola düşüb. Sürüşmə nəticəsində irigövdəli ağaclar da aşıb.

Bütün bunlar ötən ay yağan güclü yağışlardan sonra baş verib. Yolda avtomobillərin və piyadaların hərəkətini bərpa etmək üçün torpaq, daş və ağacların bir hissəsini aidiyyəti qurumların əməkdaşları təmizləsə də, bir hissəsi hələ də qalıb. Bununla belə, yolboyu sürüşmə aktivliyi də artıb. Sakinlər növbəti dəfə yağış yağarsa, sürüşmənin daha böyük ola biləcəyini deyir: "İndi kənarla yol açmışıq, gedib-gəlirik. Sürüşmə çox yerdə var, qabaqda da var. Toradiyə qədər var, ancaq bardur qoymaq lazımdır ki, torpaq yola tökülməsin, gəlib dayansın. Həmişə bu yolda yağış yağanda sürüşmə olur".

Kiçik sürüşmə sahələri Təxtənəkəran-Toradi avtomobil yolunda 12-13 yerdə müşahidə olunur. Bu yoldan dördü Astaranın, dördü isə Lerikin olmaqla ümumilikdə səkkiz kəndin sakinləri istifadə edir. Qış gələr-gəlməz yolda digər problemlər də özünü qabarıq şəkildə göstərir: "Ən çox yağış yağanda torpaq uçur, qışda qar olanda ağac qırılıb düşür yola. Hazırda köhnə vəziyyətə baxanda rahat gedib gəlirik. Yağışdan sonra bəzi uçqun yerlər var, onu da deyirlər, təmizləyərik".

Uzun illərdən sonra yeni yol çəkilərkən layihəyə uyğun olaraq bir neçə yerdə suötürücü boru qoyulub. Lakin sel gələn zaman həmin borular suyu tam ötürə bilməyib. Nəticədə torpaq qatı ilə bərabər, asfalt örtüyü də yuyulub: "Biri burdadır, biri də Əzərükəntdə. Körpü mütləq olmalıdır. Borunun yerində körpü olsa, gözəl olar, yəni gediş-gəliş rahat olar".

Ərazidə olan Əsxənəkəran kənd icra nümayəndəsinin müavinin Xurşud Teymurovun sözlərinə görə, suötürücü boruların əvəzinə yeni körpülərin qoyulması üçün əraziyə aidiyyəti qurumların əməkdaşları baxış keçirib. Yeni körpülərin salınması yaxın günlərdə nəzərdə tutulub. Astaranın dağ kəndlərinə çəkilən yeni yol boyunca sürüşmə aktivliyi artıb. Növbəti dəfə güclü yağışlar yağarsa, sürüşmənin miqyası bir qədər də böyük ola bilər.


0
XƏBƏR LENTİ