10:38 Bazar Günü, 22 Aprel 2018
İQTİSADİYYAT

AtaBank-ın Visa plastik kart sahiblərinə əla fürsət

14:19, 05.04.20184402
AtaBank-ın Visa plastik kart sahiblərinə əla fürsət

"AtaBank” ASC və "Visa” beynəlxalq ödəmə sistemi müştərilərinə 2018-ci ildə Rusiyada keçiriləcək FIFA World Cup™ 2018 futbol üzrə Dünya Çempionatına getmək şansını qazanmaq imkanı verir.


29.03.2018 - 29.04.2018 -ci il tarixlərində keçiriləcək birgə lotereyada iştirak etmək üçün, "AtaBank”-ın istənilən Visa plastik kartı ilə Azərbaycanda və ya xaricdə, o cümlədən onlayn alış-veriş zamanı 10 manatdan başlayaraq nağdsız ödəniş etmək kifayətdir. Qeydiyyatdan keçmək üçün sadəcə POS-terminal vasitəsi ilə aparılan əməliyyatdan sonra, təqdim edilən ödəniş qəbzinin detalları www.visa.com.az saytında xüsusi xanada qeyd edilməli, ödəniş qəbzi isə lotereya bitənədək saxlanılmalıdır. Aparılan əməliyyatların qeydiyyat sayı məhdudiyyətsizdir.


Ödənişləri "AtaBank” Visa plastik kartı ilə aparın və bu yay futbol həyəcanını canlı izləyin.


1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

0
XƏBƏR LENTİ