21:04 Bazar Ertəsi, 19 Avqust 2019
İQTİSADİYYAT

AtaBank-ın Visa Signature kartı premium imkanlar sərgiləyir

14:38, 20.05.20193084
AtaBank-ın Visa Signature kartı premium imkanlar sərgiləyir
Bildiyiniz kimi bir neçə ay bundan öncə "AtaBank” ASC VİSA Beynəlxalq ödəniş sistemi ilə birgə Azərbaycan və Cənub-Şərqi Avropa regionu üzrə ilk olaraq Visa Signature kartınının emissiyasına başladı. Bu premium kart xüsusi xidmətlər və endirimlərlə müştəriləri sevindirməyə davam edir.

AZXEBER.COM xəbər verir ki, VİSA ödəniş sisteminin "Biz səyahətinizi daha komfortlu edirik” lahiyəsi premium imtiyazlar sərgiləyir. Bununla, səyahətlərdə AtaBank-ın özəl Visa Signature kartlarından istifadə edənlər müxtəlif üstünlüklər qazanacaq: · Dünya üzrə 1000-dən çox hava limanının xüsusi zalına giriş - Visa Signature kartı ilə 4 dəfə ödənişsiz şəkildə ziyarət etmək imkanı · Xaricdə dünya miqyaslı təminatçılardan avtomobil kirayəsinə 30%-dək endirim · Visa Luxury Hotel Collection proqramına daxil olan otellərdə eksklüziv xidmət · agoda.com saytında otel bronlaşdırmağa 12%-dək endirim

Həmçinin, Kiyev və ya Minskdən keçən tranzit səfərlərdə aşağıdakı xidmətlər təklif olunur: · Minsk Milli Hava Limanında üstün xidmət (fast track) · "Kiyev” və "Borispol” aeroportlarına gedərkən və ya gələrkən Uber istifadəsinə 50% endirim · "Borispol” aeroportunda pulsuz çamadan paketlənməsi

Əlavə olaraq isə AtaBank Visa Signature kartını əldə edənlərə hədiyyə olaraq Visa Classic kartı və depozit qutularına 50% endirim təqdim edir.

Bankın Visa Signature kartı haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər https://atabank.com/az/individuals/plastic-cards/visa-signature.

25 ildən artıq fəaliyyət göstərən "AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
 

XƏBƏR LENTİ