09:00 Bazar Günü, 25 Avqust 2019
İQTİSADİYYAT

AtaBank kompensasiya ödənişlərinin verilməsinə başladı - FOTO

17:04, 23.04.20195818
AtaBank kompensasiya ödənişlərinin verilməsinə başladı - FOTO
"AtaBank” ASC ölkə Prezidentinin imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın icrası ilə əlaqədar olaraq aprelin 23-dən etibarən müştərilərinə kompensasiyaların ödənişinə başlayıb.

AZXEBER.COM xəbər verir ki, bankın paytaxt və region filialları müştərilərə operativ şəkildə xidmət göstərməsi üçün gücləndirilmiş iş rejiminə keçiblər. Bundan əlavə kompensasiya üçün müraciət edəcək müştərilərin rahatlığının təmin olunması məqsədilə onlara sms bildiriş vasitəsilə filiala dəvət göndərilir. Əlaqə nömrələrini dəyişmiş müştərilərdən bankın Qaynar xəttinə zəng edərək yeni telefon nömrələrini təqdim etmələri xahiş olunur.

Qeyd edək ki, məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçiriləcək.

Problemli kreditlərin kompensasiyası üzrə əlavə suallarınızı WhatsApp/Telegram nömrəsinə 050 9999 136 ünvanlaya və ya 136 Qaynar xəttinə zəng edə bilərsiniz.
 

 

 

 

 

 


XƏBƏR LENTİ