14:56 Cümə Axşamı, 20 Iyun 2019
İQTİSADİYYAT

AtaBank Visa Signature kartını Giveaway müsabiqəsində hədiyyə etdi

16:04, 13.05.20192453
AtaBank Visa Signature kartını Giveaway müsabiqəsində hədiyyə etdi
Müasir dövrün nəbzini tutmaq və müştərilərini daim yeniliklərlə sevindirmək üçün "AtaBank” ASC növbəti kampaniyasını reallaşdırdı. Belə ki, bankın Facebook səhifəsində 25 Aprel 2019-cu il tarixində start vermiş müsabiqə şərtləri və hədiyyələri ilə böyük marağa səbəb olmuşdur.

AZXEBER.COM xəbər verir ki, Giveaway oyununun şərtlərinə əsasən iştirakçılar AtaBank-ın Fəvvarələr meydanında quraşdırılmış Visa Signature kartının stendi önündə şəkil çəkərək xüsusi həşteqlə paylaşmalı və müsabiqə xəbərinin altında dostlarını qeyd etməlidilər.

Müsabiqənin qalibləri 13 May 2019-cu il tarixində Facebook-da keçirilmiş canlı yayımda təsadüfi seçim nəticəsində müəyyənləşdirilərək elan edildilər.

Üç nəfər qalib kampaniyadan AtaBank-ın özəl Visa Signature kartını və 100 manat pulu hədiyyə olaraq qazandı. Müsabiqə qalibləri ilə buradan https://www.facebook.com/atabank/videos/341882153187488/ tanış olmaq mümkündür.

Ətrafınızda kimsədə olmayan Visa Signature kartını siz də əldə edin və premium kartlarının komfortundan həzz alın.

Visa kartlarından dünyanın 200-dək ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə edərək müştərilər həm ölkədaxilində, həm də xaricdə POS-terminal vasitəsi ilə və ya online alış-veriş edə, AtaBank-ın AtaNet İnternet və ya Mobil Bankçılıq əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.

WhatsApp/Telegram istifadəçiləri 050 9999136 nömrəmizə yazaraq və ya bankın internet səhifəsini https://atabank.com/az/ ziyarət edərək Visa plastik kartları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.
XƏBƏR LENTİ