Atamın həyat yoldaşı... - Hər kəsi ağladan yazı

23 Avqust 2017, 18:48
AAA

Şəhriyar del Gerani


Atam tək qalmışdı. Bu təkliyin necəliyini dəqiq bilmirəm. Hərənin öz təkliyi olur. Amma atamın təkliyi mənə bir az tanış idi. O, əvvəlcə anamdan, sonra bacımdan, daha sonra məndən tək qalmış idi. Anam dünyadan köç edəndən təxminən 6 ay sonra tale elə gətirdi mən də İranda həbs olundum. Danışıram 2011 oktyabr, 2012 apreldən. Bu aralar atamın başı "qarışdı” bir qədər. Bir qədər dediyim, yəni mən həbsdən qayıdanda anamın il dönümü ərəfəsiydi artıq. Daha sonra hərbi xidmətə yollandım. Mən hərbi xidmətdə olanda böyük bacım da gəlin köçdü. Atam deyir, "qızı köçürtdük, gəldim evə. Bir siqaret yandırdım. Qəfil gördüm anan yox. Sonra gördüm qızlar da köçüb gedib. (Balaca bacım anamın sağlığında ailə qurmuşdu – Ş.d.G.) Adını çağırdım. Dedim, "ay Şəhriyar!” Özümdən asılı olmadı, eləcə adını çağırdım. Gördüm haray yoxdu. Bəs bu boyda ömür hara getdi? Divarlar üstümə gəldi sanki. Əlimi başıma tutub çıxdım həyətə, keçdim qonşu Tofiqgilə”.

Danışıram 2013 aprelindən. Mən hərbi xidmətdəydim. Atam yanıma gəlmiş idi. Səhv etmirəmsə, aprelin sonuncu həftəsi. Yox, səhv etmirəm, 27 aprel, 2013. Şənbə, görüş günü. Görüş bitdi. Bölüyə qayıdıb ştaba ərizə yazdım. Yazdım ki, "üzrlü səbəblərdən dolayı xahiş edirəm mənim məzuniyyətimi tezləşdirəsiniz”. Vaxtından qabaq məzuniyyətimi götürdüm. 1-10 may. Qərara almışdım artıq - atama həyat yoldaşı lazımdır. Məzuniyyətə qədər əmimlə danışdım, gərəkən işləri sahmanladı. Məzuniyyət başladı, gəldim rayona, atama həyat yoldaşı gətirdik.

Bacılarım məndən küsdü. Anlaşılandı. Həyat böyük gerçəkdir. Bu gerçəkliyin nağılı üçalmalı deyil. Oxumaqla, gəzməklə, öyrənməklə olmur, yaşantılar başqa mərhələdir. Nəzəri olaraq ən çətin situasiyalardan başını dik tutub "çıxa” bilərsən. Amma praktikaya gələndə belin bükülər, dişlərin tökülər, dizlərin yerə gələr. Əlbəttə yeni ailə qurmuş gənc qadınlar üçün ahıl yaşında tənha qalmış bir kişini anlamaq çətindir. Fikir vermişəm, bacılarım hələ də atamı bağışlamayıblar. Üstəlik qız övladlarının ata ideallaşdırması. Ümumiyyətlə isə Şərqdə insanı zülm "ucaldır”. Onlar da hamı kimi əzabkeş qəhrəman istəyirlər.

Onlar istəyirdilər atam ailə qurmasın, günü-gündən geriləsin, tək qalsın, beli bükülsün, sarsılsın, xəstə yatağına düşsün və bir gün qəhrəmancasına dünyaya əlvida desin. Amma mənə görə insanı yaşatmaq lazımdır. Ölən deyil, yaşayan qəhrəmandır. Doğrudur, bacılarım bunu dilə gətirməzlər. Amma altşüurdakı budur. Bunu hər ailə məclislərimizdə sezirəm. Keçən dəfə balaca bacım arvadı ölmüş və arvadından sonra ailə qurmamış, iki il sonra dörd dəfə ard-arda infarkt keçirib şikəst qalmış, daha sonra "razılaşdırılmış iynə” ilə öl(dürül)müş uzaq qohumumuzdan elə ağız dolusu danışırdı ki...

Hərdən düşünürəm. Düşünürəm ki, görəsən onların, yəni bacılarımın haqlı olduğu məqam hardadır? Deyəsən kişi-qadın düşüncə kəsişmələrinə gedib çıxır. Yəni bilmirəm necə olardı. Məsələn, atam deyil, anam düşsəydi analoji vəziyyətə, yenə də eyni addımı atardımmı? Görəsən anama da həyat yoldaşı axtarardımmı? Axı qadının da kişiyə ehtiyacı var. Həm də daha çox. Di gəl Qafqaz qadınları bu məsələni həll etmişlər. İkinci Dünya müharibəsində ərlərini itirmiş yüz minlərlə qadın sonrakı həyatlarını dul keçirmişlər. Burda başqa mental, coğrafi, bəlkə genetik səbəblər də var. Deyəsən bu, başqa mövzudur. Həm də mən bu mövzuya indi hazır deyiləm.

Atama həyat yoldaşı gətirdik. Məzuniyyətdən qayıtdım, hərbi xidməti başa vurdum. Zamanla bir çox nəsnələr aydınlandı. Birgəyaşayışın gətirdiyi məişət vərdişləri formalaşdı. Amma doğmalıq? Bu, dəhşətli bəşəri həqiqətdir. Sənə doğma olmayan, sənin sevginə adekvat olmayan birinə gözünün ağını yedizdirərsən dərmanı onda olsa, deyər, "Bu nədir? Turşdur, ağlamış gözü mənə niyə yedizdirirsən?” Bacılarıma tapşırmışam, həmişə mehriban danışın onunla. Hərdən zəng eləyin, nəsə soruşun, guya bilmirsiniz, ondan öyrənirsiniz. Ən adi məsələlərdə ünsiyyətdə olun. Deyəsən etmirlər.

Hər rayona getdiyimdə sarsılıram. O qadının, atamın həyat yoldaşının canfəşanlığı məni alt-üst edir. Səhər vaxtı:

- Şəhriyar, nə yeyəcəksən, nə hazırlayım?

- Heç nə, səhərlər yemirəm.

- Ay başına dönüm, elə şey olar? Elə bütün qüvvət səhər yeməyindədi dənə. Yumurtanı yağa vurum, yoxsa qaynadım? İstəyirsən boş qaynadım, duz-istiotla ye. Sosiska da var, istəyirsən sosiska qaynadım. Ya kolbasa-pendir? Pomidor-yumurta xoşlayansan, acı bibərlə bişirim ye. Hə?

Mən bezgin səslə:

- Yox e, çay içəcəm. Bir azdan yeyərəm.

- Onda şirin kökə bişirmişəm, sən sevdiyindən, kişmişli. Çayla ye bir dənəsin, mədəndə nəsə olsun.

Birtəhər razı salır. Çayı içdiyim yerdə gəlir:

- Bə günorta nə istəyirsən? Bayaq atana dedim iki dənə beçə kəsdi, içalatını qovurum? Beçəni soyutma eləyərəm, yaydı, yağlı yemək adamın ürəyinə dəyir. İçalatını da qovuraram yeyərsən. Hə? İstəyirsən dolma bişirim? Quzu əti də var. Kalafur eləyim bəlkə? Axşama da ördək gətizdirəcəm kənddən, plov dəmlərəm, ördəyi də basdırma edib qoyaram altına, dostlarını çağırarsan, yeyərsiz.

- Yox e, axşam kafedə olacıq, lazım deyil, özün nə istəyirsən bişir.

- Ay başına dönüm, kafedə nə bilirlər yemək bişirməyi? Hazırlayaram, zəng edərəm hazır olanda gəlib apararsan, harda istəsən yeyərsiz.

Birtəhər razı salır.

- Yaxşı, sən plovu dəmlə, gələrik.

- Dükan soku-zadı da alma, yaxşı kampot bağlamışam, nə istəsən, limon da vurmuşam, elə dadlı olub ki. Soyuducuya qoymuşam, qoy gətirim dadına bax.

Əlbəttə bütün bunlar ilk baxışdan adi görünə bilər. Amma inanın, böyük işlərdir. Ümumiyyətlə sevgi böyük fədakarlıqlarda deyil, xırda detallarda görünür. Məsələn, yatağımın yanındakı kətilin üstündə telefon, su, kitab, siqaret və külqabı olur. Yay vaxtı suyu dəyişər dəmbədəm, səriniylə əvəzlər. Külqabını isə zibilə atar, yuyar, qurulayıb gətirər. Baxın, külqabını atmaq normaldır. Amma sonra yumaq, qurulayıb gətirmək sevgidir. Köynəyin qırış olub-olmaması mənim üçün o qədər də önəmli deyil. Amma onun üçün faciədir. Bir dəfə qırış köynəklə çıxmışdım evdən. Məndən küsdü ki, "biabır elədin məni el-aləmin içində”. Maşın yuduzdurmağa ərinirəm, moykada gözləyəndə canım çıxır. Adətən kirli olur maşın. Nə vaxt rayonda oluram, görürəm mən yatanda maşını yuyub. Deyir, həyət-bacanı silib-süpürürdüm, gördüm tozludu, şampunlayıb yudum. Qoy təmiz olsun. Paltarlarımı yuyar, ütüləyər, səliqəylə düzər yanaşı. Corabımı da ütüləyir. Anamın şəklini çərçivəyə salıb divardan asmışıq. Dünən gördüm evdə təmizlik işləri aparır. Əşyaların tozunu alanda diqqət kəsildim. Üzüm televizora, arxam anamın divardan asılmış şəklinə. Qeyri-iradi çevrilib gözaltı baxırdım, sezdirmədən. Gördüm anamın şəklini çox ehtiyatla sildi. Hətta şəkli siləndə əlindəki dəsmalı çevirdi təmiz üzünə.

Atamla dostlaşmışıq çoxdan. Bir dəfə sözarası eşitdirdim ki, sən istəməsən də qadın istəyər, qadın üçün övlad keçilməz istəkdir, əgər bizə görə narahatlıq keçirirsə, de ki, narahat olmasın. Hətta mən istəyirəm də uşağınız olsun. Atam demişdi. Cavabı belə olub: "Yox, gecdi, biz elə bir-birimizin uşaqlarıyıq, üç uşaq bəsimizdi...”

Bir dostum danışırdı. Deyir: "Analığıma hərdən ana deyə müraciət edirəm ki, qoy atamın könlü xoş olsun”. Nə bilim, mən bacarmıram bunu. Nəinki bacarmaq, hətta lazımsız bilirəm. Hər kəs öz yerində gözəldir. Böyük bacım gəlmişdi bayaq. Danışırdıq. Deyir, gəlin (atamın həyat yoldaşını nəzərdə tutur – Ş.d.G.) səndən giley edirdi. Soruşdum, niyə?

- Nə bilim, deyir, Şəhriyar məni yad bilir, 4 ildir bu evdəyəm, hələ də hər dəfə bura gələndə alt paltarlarını özü yuyur çiməndə, mənə vermir. Mən ona neyləmişəm ki?

 
Kulis.lent.az

Oxunma sayı : 9579

SON XƏBƏRLƏR
“Şeyxin oğlu 2 rükət namazı güclə qılır” - Hacı Qalib - 20 Sentyabr 2017, 13:09
Nazirlik araşdırmaya başladı: Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - 20 Sentyabr 2017, 13:02
Azərbaycanda ana doğuşdan sonra müəmmalı şəkildə öldü: "Ağzından köpük gəlirdi, çırpınırdı" - 20 Sentyabr 2017, 12:41
12 yaşlı ananın dünyaya gətirdiyi körpədən yeni xəbər var - 20 Sentyabr 2017, 12:33
Ərdoğandan Qarabağ xəbərdarlığı: «Qlobal münaqişəyə çevrilə bilər» - 20 Sentyabr 2017, 12:25
"Gazelli Group"dan yanğınla bağlı AÇIQLAMA - 20 Sentyabr 2017, 12:25
5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı - TƏFƏRRÜAT - 20 Sentyabr 2017, 12:24
Hava şəraitində dəyişiklik gözlənilmir - 20 Sentyabr 2017, 12:23
"Bu maşınları, villaları hardan aldınız?" - Əli Mirəliyevdən müğənnilərə - 20 Sentyabr 2017, 12:11
Türkiyə prezidenti: "Kürdlər Türkiyənin dostudur" - 20 Sentyabr 2017, 12:06
Meksikada oyunlar zəlzələyə görə təxirə salınıb - 20 Sentyabr 2017, 12:03
Yolu keçən qadını maşın vuraraq öldürüb - 20 Sentyabr 2017, 12:00
Ağdamın icra başçısı dələduzluq işinə görə dindiriləcək - 20 Sentyabr 2017, 11:55
Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA - 20 Sentyabr 2017, 11:51
NIKOIL | Bank yeni kredit aksiyasına start verdi - 20 Sentyabr 2017, 11:40
Nicat Məna toyda Rəşad Dağlı ilə aralarında baş verən davadan danışdı (VİDEO) - 20 Sentyabr 2017, 11:33
Milli Şuranın növbəti mitinq fiaskosu – Müxalifətçilər mitinqdən üz döndərdilər - 20 Sentyabr 2017, 11:19
Azərbaycanda kanalda qadın cəsədi aşkarlanıb - 20 Sentyabr 2017, 11:04
Azərbaycan prezidenti bu gün BMT Baş Assambleyasında çıxış edəcək - 20 Sentyabr 2017, 10:36
Dövlətə 15 milyardlıq xəyanət - Cahangir Hacıyevin talanı və yalanı... - 20 Sentyabr 2017, 10:32
Azərbaycanda ana övladını 20 il tövlədə zəncirdə saxladı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (video) - 20 Sentyabr 2017, 10:24
Azərbaycanda yol qəzalarında 9 nəfər ölüb - 20 Sentyabr 2017, 10:22
Qüdrət Qurbanov oğluna “Buta Palace”da yüzminlik toy çaldırdı - TOYDAN VİDEO - 20 Sentyabr 2017, 10:08
Elmar Məmmədyarov: “Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir” - 20 Sentyabr 2017, 10:02
Cəbhədə gərgin gecə - 20 Sentyabr 2017, 09:34
Ebru Gündeş Bakıda toya gəldi - Video - 20 Sentyabr 2017, 09:22
Sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb - 20 Sentyabr 2017, 09:13
Qida sektorunda üç şirkət birləşib - 20 Sentyabr 2017, 09:07
"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb” - 19 Sentyabr 2017, 22:47
ABŞ-dan Bakı və İrəvana yeni Qarabağ mesajları - 19 Sentyabr 2017, 22:19
"Natavanın reklama ehtiyacı yoxdur" - Dado xanımı haqda - 19 Sentyabr 2017, 21:45
Masallıda toyda Rəşad Dağlı ilə Nicat arasında olan davanın görüntüləri - Video - 19 Sentyabr 2017, 21:29
Qadına 353 min manat pul "atan" bələdiyyə sədrinə yeni cinayət işi açıldı - 19 Sentyabr 2017, 21:19
Zaur verilişində Ağadadaş Ağayevi özündən çıxartdı: Bizi bura niyə çağırmısan? - FOTO - 19 Sentyabr 2017, 20:55
Vahid Mustafayevdən sükutu pozdu — "ANS yenidən fəaliyyət göstərəcək" - 19 Sentyabr 2017, 20:22
Sabah Bakı və Abşeronun bir hissəsində qaz olmayacaq - 19 Sentyabr 2017, 20:02
Avqust ayında Azərbaycandan 969 əcnəbi çıxarılıb - 19 Sentyabr 2017, 19:35
Azərbaycanın neft sənayesi işçilərinə fəxri adlar verilib- SİYAHI - 19 Sentyabr 2017, 19:03
Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub - 19 Sentyabr 2017, 18:46
DİN: Tutulan futbolçunun sərbəst buraxılması barədə yayılan məlumatlar yalandır - 19 Sentyabr 2017, 17:50
Qənirə Paşayeva İndoneziya nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb - 19 Sentyabr 2017, 17:43
Azərbaycanda 200 manatlıq əskinas buraxıla bilər - 19 Sentyabr 2017, 17:39
“Dedilər, bit probleminin həlli üçün icra başçısına ərizə yaz” - Deputat - 19 Sentyabr 2017, 17:20
""Gazelli" zavodunda baş vermiş yanğın söndürülür" - FHN-dən rəsmi açıqlama - 19 Sentyabr 2017, 17:13
Sabahın məzənnəsi - 19 Sentyabr 2017, 17:11
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10