07:48 çərşənbə Axşamı, 17 Iyul 2018
DÜNYA

Atasından uşaq doğdu: izi itirmək üçün görün nə etdi

23:10, 12.07.20187636
Atasından uşaq doğdu: izi itirmək üçün görün nə etdi
İngiltərə inanılmaz bir təcavüz hadisəsi ilə sarsılıb.

Stockport şəhərində yaşanan hadisə bir anda ölkədə gündəm olub.

Belə ki, 63 yaşlı Barbara Coombes şəhərin polis idarəsinə gedərək onu 40 il boyunca zorlayan atasını 12 il öncə öldürdüyünü etiraf edib.

Atasının həyatı boyunca onu seks köləsi kimi əsir saxladığını və atasından uşağa qaldığını etiraf edən qadının söylədiyi ünvanda atası Kennethin cəsədi tapılıb.

Kenneth Coombesin öldürülərkən 87 yaşı olduğu məlum olub.

Barbara Coombesin ilk övladı Davidin də məhz atasından olduğu üzə çıxıb.

2006-cı ildə evdə özünə məxsus çılpaq fotoları tapanda atasını öldürməyə qərar verdiyini söyləyib. Qadın fotolar arasında başqa uşaqların da çılpaq fotolarını görəndə atasının təcavüzünə məruz qalan yeganə insan olmadığını anlayıb.
 
///Milli.Az
XƏBƏR LENTİ