13:25 çərşənbə Axşamı, 10 Dekabr 2019
DÜNYA

Atasının benzin töküb yandırdığı 22 yaşlı qızın son sözləri kövrəltdi

12:35, 19.11.201911930
Atasının benzin töküb yandırdığı 22 yaşlı qızın son sözləri kövrəltdi
Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, Türkiyənin İzmir şəhərində yaşayan Sedat Yellibulut adlı kişi ondan ayrılmaq istəyən xanımına əsəbləşərək özünü yandırmaq istəyib.

Lakin intihar cəhdi faciəyə səbəb olub və onun 22 yaşlı qızı yanıb.

Ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan 22 yaşlı Selda Yellibulut 9 gün sonra xəstəxanada dünyasını dəyişib.

Sedat Yellibulut polis tərəfindən saxlanılıb. Onun 36 il müddətinə həbsi tələb olunur.

O, xəstəxanadaykən polisə ifadəsində "Çox peşmanam. Hər yerim ağrıyır. Görəsən, sağ qala biləcəm? Atam yaxşı insan deyil" deyə, söyləyib.

Qeyd edək ki, Sedat Yellibulut üzərinə benzin töküb yandırmaq istəyərkən qız da öz üzərinə benzin tökərək "Məni yandır" deyib.
XƏBƏR LENTİ