17:58 Bazar Ertəsi, 25 Iyun 2018
DÜNYA

ATƏT baş katibsiz qaldı

11:32, 02.07.2017454
ATƏT baş katibsiz qaldı
İyulun 1-dən ATƏT baş katibsiz qalıb.

Lamberto Zanyerin səlahiyyət müddəti iyunun 30-da başa çatıb.  

Ancaq ATƏT üzvləri yeni baş katibin seçilməsi məsələsində razılığa gələ bilməyiblər.  ABŞ və Rusiya da daxil olmaqla, ATƏT-in 57 təşkilatda bir sıra rəhbər vəzifələrə təyinatla bağlı "paket razılaşma" əldə edə bilməyib. Baş katiblə bərabər, Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büronun rəhbəri, milli azlıqlarla iş üzrə komissar və ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi postları da boşdur.
 
ATƏT xarici işlər nazirlərinin iyulun 11-də Vyanada keçiriləcək görüşü kadr məsələlərinin həlli üçün növbəti imkan olacaq. Baş katib postuna ən real namizəd İsveçrənin ATƏT-dəki sabiq daimi nümayəndəsi  Tomas Qreminqer sayılır.
 
L. Zanyer  yaranmış vəziyyətin ATƏT daxilində ciddi parçalanmanın olduğunu göstərdiyini bildirib. 
 
///APA
XƏBƏR LENTİ