08:54 Bazar Ertəsi, 16 Iyul 2018
İDMAN

“Atletiko”nun Bakıya gələcəyi vaxt açıqlandı

16:56, 10.10.2017564
“Atletiko”nun Bakıya gələcəyi vaxt açıqlandı

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində növbəti rəqibi olan "Atletiko”nun səfər proqramı müəyyənləşib.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıya oktyabrın 16-da çarter reysi ilə gələcək madridlilər oyun bitən kimi - oktyabrın 18-dən 19-na keçən gecə geri dönəcək.

Dieqo Simeonun komandası paytaxtımızda ilk və son məşqini oktyabrın 17-də "Qarabağ"la üzləşəcəyi Bakı Olimpiya Stadionunda edəcək.

XƏBƏR LENTİ