21:46 Bazar Günü, 17 Dekabr 2017
Maqazin

ATV-də işdən çıxarılan Azər Zahid telekanalın rejissoru ilə dava edibmiş - TƏFƏRRÜAT

16:49, 28.09.20176402
ATV-də işdən çıxarılan Azər Zahid telekanalın rejissoru ilə dava edibmiş - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, ATV-nin tanınmış aparıcısı Azər Zahid işdən çıxarılıb.
 
AZXEBER.COM-un məlumatına görə, aparıcının bu hadisədən sonra ölkədən qaçdığı xəbəri yayılıb.
 
Portalımız məsələ ilə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, Azər Zahid hazırda Dubayda istirahətdədir.
 
O telekanaldan bir neçə həftə öncə ayrılmaq qərarı verib. Buna səbəb aparıcının telekanalın ATV dizayn qrupunun eks rəhbəri, rejissor Rauf Ocaqverdiyevlə dava etməsi olub. Belə ki, telekanalda yayımlanan "Top ulduzlar" layihəsinin çəkilişi zamanı ikili dava edib və münasibətlər pozulub. Bu səbəbdən də layihənin yarıdan çoxu efirə verilməyib. Buna qəzəblənən Azər Zahid telekanaldan ayrılmaq qərarına gəlib.
 
Xatırladaq ki, telekanaldakı dəyişikliklərdən sonra Rauf Ocaqverdiyev də Azər Zahid kimi işdən çıxarılıb. 
0
XƏBƏR LENTİ