08:31 çərşənbə, 26 Fevral 2020
Maqazin

ATV-də jurnalistlərlə müğənnilər arasında nə yaşandı?

00:40, 11.03.20123252
ATV-də jurnalistlərlə müğənnilər arasında nə yaşandı?

ATV telekanalında yayımlanan verilişdə gənc müğənni Emil Bədəlovla Yaşar arasında maraqlı duel baş tutub.

AZXEBER.COM-un məlumatına görə, "Canlı səs" verilişində qalmaqal yaşanıb. Veriliş boyu bir-birlərinin repertuarlarından canlı mahnılar ifa edən hər iki müğənni daha sonra jurnalistlərin suallarını cavablandırıblar. 

Verilişin ilk dəqiqələrindən aqressiv münasibəti ilə mətbuat nümayəndlərinə cavab verən Yaşar, xəstə olduğunu və buna görə də səsinin zəif çıxdığını etiraf edib. Özünə yüz mindən çox pul qoyduğunu söyləyən müğənniyə jurnalistlər tərəfindən verilən “Siz nəyə görə, daha çox tanına bilmədiniz” sualı isə müğənnini daha da qəzəbləndirib. 

Emil Bədəlov isə öz ifa etdiyi mahnılardan sonra media nümayəndələrinin suallarına cavab verib. “Səsinizə güvənirsinizsə nə üçün Heydər Əliyev sarayında konsert vermirsiniz?” sualına o “Mən heç nədən qorxmuram. 3 saat canlı oxumağa hazıram. Ancaq tamaşaçı qıtlığından qorxuram” cavabını verib. 

Qeyd edək ki, yarışmanın sonunda SMS sayına görə Yaşar qalib gəlib.

Güləsər Qasımova

XƏBƏR LENTİ