ATV-də Turanın verilişinin bağlanması ilə bağlı gizli qalan məqamlar - Skandalın arxasındakı həqiqət

02 May 2017, 14:15
AAA
 
"Azad Azərbaycan” telekanalında yayımlanan "ATV səhər” proqramının fəaliyyəti dayandırılıb. Bununla bağlı mediaya açıqlama verən ATV-nin "Ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr” departamentinin rəhbəri və ATV "Səhər” verilişinin aparıcısı Turan İbrahimli bildirib ki, mövsümün bitməsinə bir ay qaldığına görə, rəhbərlik verilişin yayımının dayandırılması ilə bağlı qərar qəbul edib. "Ümumiyyətlə ATV kanalındakı fəaliyyətinizi davam etdirəcəksinizmi”, sualına isə aparıcı bu cür cavab verib: "Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız "ATV SƏHƏR” yayımını dayandırır. "ATV SƏHƏR”in yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcək."

Turan İbrahimov sonda onu da əlavə edib ki: "Bilirəm ki, bu qərar müxtəlif söz-söhbətlərə, şayiələrə səbəb olacaq. Təbii ki, insanların fantaziyalarına sədd qoya bilmərəm. Hər kəs istədiyini düşünməkdə azaddır. Amma təklif edirəm ki, yalnız bu açıqlamamı nəzərə alsınlar və özlərini yormasınlar..."

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a daxil olan məlumata görə, "ATV SƏHƏR” verilişinin dayandırılması heç də Turan İbrahimlinin iddia etdiyi kimi, mövsümün başa çatması ilə bağlı olmayıb. Mənbənin sözlərinə görə, "ATV SƏHƏR”-də yayımlanan reportajlar və şəxsən Turan İbrahimlinin ziddiyyətli şərhləri hakimiyyət dairələrində və xüsusilə ayrı-ayrı dövlət orqanlarının rəhbərlərində ciddi narazılıq doğurmuşdu. Müxtəlif vaxtlarda İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarına Nəzarət Palatası, şəhər və rayon icra hakimiyyətləri, o cümlədən Sovetski ərazisində həyata keçirilən söküntü işlərinə dair Turan İbrahimlinin şərhləri ilə bağlı Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident Administrasiyasına şikayət etmişdilər. 
"Turan İbrahimli bütün sədləri aşaraq azərbaycançılıq ideologiyasını müdafiə etdiyinə görə millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadənin faktiki təhqir etmişdi. Üstəlik, o, mütəmadi olaraq dövlət idarəçilik sisteminin hansısa çatışmazlıqları barədə tez-tez danışır və cəmiyyətdə mənfi rəy formalaşdırırdı”. Mənbə onu da deyib ki, bir neçə gün bundan öncə Turan İbrahimlinin "ATV SƏHƏR”də Milli Şuranın aprelin 8-də keçirdiyi etiraz aksiyasına dəstək ifadə edən fikirlər səsləndirməsi də diqqətdən yayınmamışdı.

"Məhz bu səbəblər "ATV SƏHƏR”in bundan sonrakı fəaliyyətini mümkünsüz edib. Üstəlik, Turan İbrahimlinin özü də telekanaldan uzaqlaşdırılıb”, - deyə mənbə bildirib.

Oxunma sayı : 737

Loading...
SON XƏBƏRLƏR
Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü - VİDEO - 25 May 2017, 22:57
Eyni gündə Obama və Trampla görüşəcək - 25 May 2017, 20:03
Abbasəli Novruzova “Şöhrət” ordeni verildi - 25 May 2017, 19:44
Mingəçevir su anbarında BƏDBƏXT HADİSƏ: ölən var - 25 May 2017, 19:13
Xəzərdə naməlum kişi meyiti tapıldı - 25 May 2017, 18:58
Pul ala bilmədi, damarlarını doğradı - 25 May 2017, 18:20
İradə İbrahimova çəkilişlərə başladı - 25 May 2017, 18:00
Ata öz qızı ilə evləndi - 25 May 2017, 17:53
Dolların sabaha olan məzənnəsi - 25 May 2017, 17:46
Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı - 25 May 2017, 17:36
"Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb" - Putin - 25 May 2017, 17:25
Kurrikulum sistemi ləğv edilib? - Nazirlikdən açıqlama - 25 May 2017, 17:12
“Sputnik Azərbaycan” 2 yaşını qeyd edir - 25 May 2017, 17:11
Bu şəxslər oruc tuta bilməz - 25 May 2017, 17:11
Baş Prokurorluqdan daha bir KİV-ə XƏBƏRDARLIQ - 25 May 2017, 16:50
Müdafiə Nazirliyindən Ermənistanın iddialarına CAVAB - 25 May 2017, 16:45
Hərbi xidmətdən yayınanların işi çətinləşir - 25 May 2017, 16:08
Elza Seyidcahan lağa qoyulan şeirlərindən danışdı: "Məni tənqid edənlər..." - 25 May 2017, 16:04
Əli Abbasova niyə vəzifə verildi? - 25 May 2017, 15:54
Kişiləri evə çağırıb başına oyun açan qadından şok etiraflar — VİDEO - 25 May 2017, 15:33
14 yaşlı qıza göz dikən seksual manyaklara AĞIR CƏZA - 25 May 2017, 15:15
Həkim xəstənin 30 min dollarını alaraq aradan çıxıb - 25 May 2017, 15:09
"Gürcüstan Azərbaycan qazından asılıdır" - Kaxa Kaladze - 25 May 2017, 14:43
Ev verilməyəcək texniki işçilər kimlərdir? - RƏSMİ - 25 May 2017, 14:31
Jurnalistin klipində sevişmə səhnəsi - VİDEO - 25 May 2017, 14:26
Lətifə məmur anası ilə - FOTO - 25 May 2017, 14:16
Məcburi köçkünlər qəsəbəsində dava - Bıçaqlanan var - 25 May 2017, 14:08
Prezident "LİFAN" tövsiyə etmişdi - Nazirlər “BMW”, deputatlar isə hələ də “Mercedes” sürür (VİDEO) - 25 May 2017, 13:56
Bakıda avtobusda qırğın düşdü, oğrunu görün necə döydülər - VİDEO - 25 May 2017, 13:53
Azərbaycanlı məşhur həkim axtarışa verildi: "Hər ay bir xəstəsi əməliyyatdan sonra ölür" - FOTOLAR - 25 May 2017, 13:42
İslamiadada qızıl medal qazananlara AFFA 20 min manat verəcək - 25 May 2017, 13:21
Bakıda evakuator maşını qəzaya uğradı: yaralı var - 25 May 2017, 13:13
15 yaşlı qızın ölümündən dəqiqələr əvvəl yazdığı son mesaj - 25 May 2017, 12:47
14 yaşlı qızı 28 nəfər zorladı - 25 May 2017, 12:16
“Bazarstore”un filiallarından biri də bağlandı - 25 May 2017, 12:08
Bakıda qorxunc hadisə: 6 yaşlı uşağın başına mismar girdi - 25 May 2017, 11:51
Bakıda ana və oğul eyni ağacda özlərini asaraq intihar etdi - TƏFƏRRÜAT - 25 May 2017, 11:34
Bakıda DİN-in qarşısında ağır qəza: Ölən var - 25 May 2017, 11:26
Bu siqaretlər kəskin ucuzlaşdı - SİYAHI - 25 May 2017, 11:21
Qeyri-iş günlərinin sayı artırıldı - İyun ayında - 25 May 2017, 11:16
"28 May Respublika Günü"nə həsr olunmuş "Park Bulvar Open" rapid reytinq turniri keçirilib - Foto - 25 May 2017, 11:06
22 yaşlı oğlan özünü 5-ci mərtəbədən atdı - 25 May 2017, 10:59
Azərbaycanın tanınmış idmançısı qələbəni qeyd edərkən öldü - 25 May 2017, 10:47
Bakıda makler maşının altında qaldı - 25 May 2017, 10:37
Nadir Qafarzadəni məhv edən nə oldu? - VİDEO - 25 May 2017, 10:30
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10