06:43 Cümə, 15 Dekabr 2017
Manşet

"ATV-dəki verilişlərin bağlanması yerində atılmış addımdır" - Nuşirəvan Məhərrəmli

18:58, 26.09.2017451

"ATV kanalı rəhbərliyində baş verən dəyişiklik bizim yox, təsisçilərin verdiyi qərardır. Bundan sonra ATV-nin necə fəaliyyət göstərəcəyini yeni rəhbərlik müəyyən edəcək. Bizim işimiz isə ölkənin televiziya mühitini təhlil etmək və verilişlərlə bağlı rəylərimizi verməkdir"

AZXEBER.COM xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu gün ATV rəhbərliyində baş verən dəyişikliklə bağlı deyib.

Onun sözlərinə görə, ATV-dəki məlum verilişlərlə bağlı dəfələrlə kanal rəhbərliyinə iradlarını bildirib:

"Bizim üçün əsas məsələ telekanallarda  Azərbaycan dövlətçiliyinin təbliğatı, milli mənəvi dəyərlərin qorunması və Azərbaycan dili ilə bağlı məsələlərdir". 

N. Məhərrəmli kanalda narazılığa səbəb olan verilişlərin bağlanmasından da danışıb: 

 

"Bu verilişlərin bağlanması yerində atılmış addımdır".

MTRŞ sədri həmçinin qeyd edib ki, televiziyaların monitorinqi qurumun gündəlik işidir və bu nəzarət bütün telekanallara bərabər səviyyədə aparılır.

0
XƏBƏR LENTİ