06:45 çərşənbə Axşamı, 25 Sentyabr 2018
MEDİA

ATV-dən İTV-yə qalmaqallı transfer — Fransa bürosunun yeni rəhbəri kimdir? + FOTOLAR

21:47, 07.11.20171040
ATV-dən İTV-yə qalmaqallı transfer — Fransa bürosunun yeni rəhbəri kimdir? + FOTOLAR
İctimai televiziyanın Fransa bürosuna yeni təyinat olub.
 
AZXEBER.COM xəbər verir ki, BakiPost.az-ın əldə etdiyi məlumata görə, büroya Azad Azərbaycan televiziyasının Rusiya və Şərqi Avropa bürosunun rəhbəri Elzar Ağayev gətirilib. O, yeni işinə başlamaq üçün bu gün Moskvadan Parisə yola düşüb.
 
Məlumata görə, İTV rəhbərliyi jurnalisti transfer etmək üçün ATV rəhbərliyi ilə uzun müddət danışıqlar aparıb. E. Ağayev təcrübəli jurnalist olduğundan, ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlı onun televiziyadan ayrılmasını istəməyib. Lakin telejurnalistin öz seçimi ilə transfer reallaşıb.
 
Məsələ bağlı İTV-dən açıqlama almaq istəsək də, şirkətin baş direktorunun köməkçisi Yalçın Verdiyev bunun şirkətin daxili məsələsi olduğunu bildirib və əlavə heç nə demək istəməyib.
 
Qeyd edək ki, Elzar Ağayev 10 ildir ki, müxtəlif regionlarda xüsusi müxbir kimi çalışır. 2005-ci ildə ANS-də fəaliyyətə başlayan jurnalist 2006-2012-ci illərdə Lider TV-nin, daha sonra isə AzTV-nin Yaxın Şərqdəki xüsusi müxbiri olub. O, 2013-2016-cı illərdə ATV-nin Rusiya və Şərqi Avropa bürosunun rəhəri vəzifəsində çalışıb.
XƏBƏR LENTİ