07:54 çərşənbə Axşamı, 28 Yanvar 2020
İDMAN

Avropa Liqasının final oyunu üçün bilet satışının növbəti mərhələsi başlayacaq

21:20, 15.05.20194054
Avropa Liqasının final oyunu üçün bilet satışının növbəti mərhələsi başlayacaq
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün bilet satışının növbəti mərhələsi həyata keçiriləcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, üçüncü mərhələyə yaxın günlərdə start veriləcək. 

İlkin mərhələdə biletlər UEFA tərəfindən onlayn satışa çıxarılıb, sonra isə Bakı şəhərindəki müxtəlif satış nöqtələrində biletlərin fiziki satışı təşkil olunub. 

Satış prosesinin üçüncü mərhələsi üçün ayrılmış biletlər yaxın günlərdə UEFA tərəfindən təqdim olunacaq və paytaxtımızdakı müxtəlif satış nöqtələrində satılacaq. Biletlərin satışı ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək. 

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ