00:27 çərşənbə Axşamı, 22 May 2018
SOSİAL

"Avropa ölkələri arasında ən az intihar Azərbaycandadır" - Beynəlxalq hesabat

16:03, 19.05.2017457
Avropa ölkələri arasında intihar halları ən az Azərbaycanda qeydə alınır.
 
APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının dünyada intihar hallarının sayı ilə bağlı 2015-ci il üçün hazırladığı statistikada deyilir.
 
Bildirilir ki, Azərbaycanda müvafiq göstərici 100 min əhali üçün 3,3 faiz təşkil edir. İkinci sırada 4 faizlə Tacikistan, üçüncü yerdə 4,3 faizlə Albaniya və Yunanıstan, dördüncü yerdə 4,7 faizlə Kipr qərarlaşıb. Ermənistanda isə bu göstərici 5,4 faizdir.
 
Ən yüksək göstərici Litvada (32,7 faiz) qeydə alınıb. Onun ən yaxın izləyiciləri Qazaxıstan (27,5 faiz) və Belarusdur (22,7 faiz).
XƏBƏR LENTİ