Avtomobilinizi satarkən icbari sığorta müqavilənizə xitam verin

04 İyul 2017, 14:18
AAA

 

Bir çox hallarda etibarnamə ilə avtomobillərini satan vətəndaşlar satdığı avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə xitam vermir, bu isə onlar üçün gələcəkdə icbari sığorta ilə bağlı arzuolunmaz vəziyyətin yaranmasına gətirib çıxara bilir. Belə ki, avtomobilin yeni sahibinin müqavilə müddəti ərzində həmin avtomobillə səbəb olduğu qəzalara görə Bonus-Malus sistemi çərçivəsində hesablanan Malus əmsalları (cərimələr) icbari sığorta müqaviləsi adına olduğundan avtomobilin keçmiş sahibinə yazılır, bu da onunla nəticələnir ki, sonuncu gələcəkdə başqa bir avtomobil alıb onunla bağlı icbari sığorta müqaviləsi bağlayarkən ona yazılmış həmin Malus əmsalları üzündən daha yüksək sığorta haqqı ödəməli olur. Misal üçün, əgər avtomobilin yeni sahibi ard-arda bir neçə yol-nəqliyyat hadisəsi törədərsə, nəticədə əvvəlki sahibin adına yazılacaq Malus əmsalı hətta ən yüksək cərimə sinfi olan 1-ə kimi çata bilər, bu isə gələcəkdə yeni icbari sığorta müqaviləsi bağlandığı zaman ödəniləcək sığorta haqqının üç dəfəyədək artmasına səbəb olacaq. Bunu nəzərə alaraq, İcbari Sığorta Bürosu avtomobil sahiblərinə alqı-satqı zamanı satılan avtomobillə bağlı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verməyi tövsiyə edir.

Müqaviləyə xitam vermə proseduru çox sadədir

Avtomobilinizi satdığınız zaman qüvvədə olan icbari sığorta müqavilənizə xitam vermək üçün vaxtilə həmin müqaviləni bağladığınız sığorta şirkətinə müraciət etməyiniz tələb olunur. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlərlə sığorta şirkətinin ofisinə yaxınlaşıb müvafiq istəyinizi bildirmək yetərlidir. Bundan sonra sığorta şirkətinin əməkdaşları satdığınız avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan və adınıza rəsmiləşdirilmiş icbari sığorta müqaviləsinə xitam verəcək. Beləliklə, siz satdığınız avtomobilin yeni sahibinin gələcəkdə törədə biləcəyi yol qəzalarına görə cərimə əmsallarından (Maluslardan) özünüzü qorumuş olursunuz.

Müqaviləyə xitam verərkən vaxtilə ödədiyiniz sığorta haqqının müəyyən hissəsini geri almış olursunuz

Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verməyin daha bir cəlbedici cəhəti odur ki, bu zaman vaxtilə ödədiyiniz sığorta haqqının müəyyən inzibati xərclər çıxıldıqdan sonra müqavilə müddətinin sonunadək olan dövr üzrə hissəsi sığorta şirkəti tərəfindən sizə qaytarılır. Yəni misal üçün, müqavilənizi müddətinin bitməsinə beş ay qalmış xitam edirsinizsə və ötən dövr ərzində hər hansı yol-nəqliyyat hadisəsinə səbəb olmamısınızsa, sığorta şirkəti həmin beş ay üzrə olan məbləği hesablayaraq oradan müqavilənin bağlanmasına çəkilən inzibati xərcləri çıxır və yerdə qalan hissəni sizə geri ödəyir. Bu isə bir sıra hallarda avtomobilin mühərrikinin həcmindən asılı olaraq heç də az məbləğ olmur. Lakin onu da bilmək lazımdır ki, müqavilənin əvvəlki dövrlərində sizin təqsiriniz üzündən baş vermiş yol-nəqliyyat hadisələri sizə geri qaytarılacaq məbləği əhəmiyyətli dərəcədə azalda, hətta heçə endirə bilər.


Oxunma sayı : 230

SON XƏBƏRLƏR
Nazirə yeni vəzifə verildi - 25 Sentyabr 2017, 18:18
“Qarabağ”ın oyunu ilə bağlı - Xəbərdarlıq - 25 Sentyabr 2017, 17:46
Cəlilabadda iki uşaq atası intihar etdi - 25 Sentyabr 2017, 17:28
Azərbaycanda yeni tikilən pullu yolla bağlı SON XƏBƏR - 25 Sentyabr 2017, 17:27
“Qarabağ”-“Roma” oyunu günü xüsusi avtobuslar işləyəcək - 25 Sentyabr 2017, 17:13
Dünyanın ən kök qadını dünyasını dəyişdi - 25 Sentyabr 2017, 17:00
Avropa çempionunu öldürən azərbaycanlı belə həbs olunub - VİDEO - 25 Sentyabr 2017, 16:36
Mikayıl Cabbarov "Vətən"i "Sabah"a dəyişdi - 25 Sentyabr 2017, 16:25
“Eldar Mahmudovun əmisi oğlu zəng edib dedi ki....” - Elçin Quliyevin məhkəməsindən - 25 Sentyabr 2017, 16:21
Bakıda homoseksuallar niyə saxlanılır? - 5 nəfərdə QİÇS aşkarlanıb - 25 Sentyabr 2017, 15:52
Şəkidə meşədə tapılan meyitin kimliyi bilindi - 25 Sentyabr 2017, 15:36
Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanıldılar - 25 Sentyabr 2017, 15:21
BP-nin Bakıdakı baş ofisində tüstülənmə - bütün işçilər təxliyyə olundu - 25 Sentyabr 2017, 15:01
Səbinə "Son dəfə" oxudu - VİDEO - 25 Sentyabr 2017, 14:52
Bakıda 100-dən çox gey niyə həbs olunub? - DİN açıqladı - 25 Sentyabr 2017, 14:40
Milli Qəhrəmanın adını daşıyan məktəbin ərazisini satdılar – Cəlilabadda özbaşınalıq (VİDEO) - 25 Sentyabr 2017, 14:38
Meyxanaçı Namiq Mənaya vəzifə verildi - 25 Sentyabr 2017, 14:37
“Qarabağ” - “Roma” oyununun hakimləri bəlli oldu - 25 Sentyabr 2017, 14:17
Ərinin ağız qoxusuna dözə bilməyən qadından qəribə hərəkət - 25 Sentyabr 2017, 14:04
"İllərimizi aldız, aldadıldıq, istismar olunduq" - Əli Kərimlinin ən yaxın adamı - 25 Sentyabr 2017, 14:04
"Qəbələ"də nə baş verir? Futbolçular meydana dava etdi - VİDEO - 25 Sentyabr 2017, 14:00
“Qayınanam ailəmi dağıtdı və bu sənətə gəldim” - Elza Seyidcahan - 25 Sentyabr 2017, 13:52
Gəncədə dəhşətli hadisə - Qadın ərinin gözü qarşısında can verdi - 25 Sentyabr 2017, 13:49
“AAAF Park”la bağlı qalmaqala - Nazirlikdən reaksiya - 25 Sentyabr 2017, 13:47
Məleykə Əsədova: "Evdə yemək bişirmirəm, yemək iyi gələndə qapını bağlayıram" - 25 Sentyabr 2017, 13:38
Narkotik oğurlayarkən güllələndi - Yevlaxda silahlı insident - 25 Sentyabr 2017, 13:33
Azərbaycanda ömürlük məhbuslara güzəşt tətbiq ediləcək - 25 Sentyabr 2017, 13:24
Məhərrəmlikdə oğluna toy edən Manaf Ağayevin yalanı üzə çıxdı - 25 Sentyabr 2017, 13:16
Azərbaycanın ali məktəblərində təhsil alan 2500-dən çox gənc bu il diplom ala bilmədi - 25 Sentyabr 2017, 13:10
Temperatur aşağı düşəcək - Yağış yağacaq - 25 Sentyabr 2017, 12:50
Azərbaycanda narkomanlar həbs edilməyəcək - Yeni qanun - 25 Sentyabr 2017, 12:44
Azərbaycan ərasizində erməni radiosu yayımlanır - VİDEO - 25 Sentyabr 2017, 12:40
Qənirə Paşayeva Kırşehir Kitab Fuarının açılışında Azərbaycandan danışdı - 25 Sentyabr 2017, 12:27
6 yaşlı azərbaycanlı Rusiyanı heyrətləndirdi - VİDEO - 25 Sentyabr 2017, 12:17
5 saylı Kliniki Xəstəxanasının baş həkimi vəfat etdi - 25 Sentyabr 2017, 12:05
Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: “Məktəbin ayaqyolusunda…” – VİDEO - 25 Sentyabr 2017, 11:50
Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi – FOTO - 25 Sentyabr 2017, 11:40
Türkiyə İraqla sərhədi bağladı - 25 Sentyabr 2017, 11:34
Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - Nazirlik səbəb açıqladı - 25 Sentyabr 2017, 11:25
Tanınmış həkim-kosmetoloq Elnarə Rzayevadan 3 möhtəşəm maska - EVDƏ PULSUZ GÖZƏLLƏŞİN (VİDEO) - 25 Sentyabr 2017, 10:54
Bu ərazilərdə su olmayacaq - DİQQƏT - 25 Sentyabr 2017, 10:52
11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi - 25 Sentyabr 2017, 10:46
Bakıda 48 yaşlı kişi özünü turnikdən asdı - 25 Sentyabr 2017, 10:22
Akif Əlinin Lütfi Zadəni təhqir etməsinin ilginc səbəbləri - VİDEO - 25 Sentyabr 2017, 10:19
Ordumuz iriçaplı pulemyotlardan atəşə tutuldu - 25 Sentyabr 2017, 09:44
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10