"AXC-Müsavat cütlüyü ölkəmizi məhvə aparırdı" - İlham Əliyev

04 Avqust 2017, 12:54
AAA
Ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bütün sahələrdə Azərbaycan tənəzzüllə qarşılaşdı, iqtisadi, sənaye potensialımız yavaş-yavaş aşağı düşməyə başladı və nəticədə müstəqilliyimizin ərəfəsində ölkə iqtisadiyyatı və sənayesi, demək olar ki, çox ağır vəziyyətdə idi.
AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində giriş nitqində deyib.

Dövlət başçısı bildirib ki, müstəqilliyimizin ilk illərində isə antimilli qüvvələr - AXC-Müsavat cütlüyü ölkəmizi, demək olar ki, məhvə aparırdı: "Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, eyni zamanda, onların səriştəsizliyi və savadsızlığı ucbatından ənənəvi kənd təsərrüfatı sahələri artıq tənəzzülə uğradı, sənaye istehsalı da həmçinin. O vaxt inflyasiya min faizlərlə ölçülürdü və ölkənin perspektivləri çox qaranlıq idi".

Prezident bildirib ki, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra 1993-cü ildən başlayaraq ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, qayda-qanun yaradıldı, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu:

"O vaxt əlbəttə ki, bizim böyük maliyyə imkanlarımız yox idi, Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı. Ona görə, ilk növbədə, ölkəmizi dünyada tanıtmaq, investisiyaları cəlb etmək məqsədi qarşımızda durmuşdu və biz bu məqsədə nail olduq. "Əsrin kontraktı"nın imzalanması bunun bariz nümunəsidir. O vaxt Azərbaycana böyük investisiya axınını təmin edən bu tarixi layihə ölkəmizin həyatında xüsusi rol oynamışdır. Eyni zamanda, sənaye istehsalı ilə bağlı çox ciddi addımlar atılmışdır. Xüsusilə o vaxt kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş qərarlar imkan verdi ki, kənd təsərrüfatı inkişaf etməyə başlasın. Kəndlilər, fermerlər yaxşı bilirlər ki, Heydər Əliyevin göstərişi ilə fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmişdir, torpaq islahatı aparılmışdır və inkişafa gedən yolda ilk addımlar atılmışdır. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, ona görə dövlət kənd təsərrüfatına öz maddi dəstəyini lazımi səviyyədə göstərə bilmirdi. Ancaq özəl sahibkarlıq, bazar iqtisadiyyatına keçid nəticəsində kənd təsərrüfatında inkişaf dövrü başlamışdır".


Oxunma sayı : 259

SON XƏBƏRLƏR
Nazir Əbülfəs Qarayev bəzi aktyorların Milli Şuranın mitinqinə qatılmasına münasibət bildirdi - 17 Oktyabr 2017, 16:50
Sevgilisini qətlə yetirən Aygül: Dəhlizdə saçımdan tutub saxladı... - 17 Oktyabr 2017, 16:40
Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirilib - 17 Oktyabr 2017, 16:35
Sabiq icra başçısının oğlu vəfat etdi - 17 Oktyabr 2017, 16:25
FHN əsgəri özünü bıçaqladı - 17 Oktyabr 2017, 16:11
Azərbaycanda avtomobil yollarında təhlükə - Getdiyiniz yerdə sürüşə bilərsiniz - RƏSMİ - 17 Oktyabr 2017, 16:08
Vəzifəsindən azad olunan imam QMİ-nin əmrinə tabe olmur - 17 Oktyabr 2017, 15:56
Xızıda silah anbarındakı partlayışla bağlı AÇIQLAMA - 17 Oktyabr 2017, 15:56
Güzəştli mənzil satışı ilin sonuna kimi başlanıla bilər - 17 Oktyabr 2017, 15:25
"Xaricdən təklif olsa, pula baxmayıb gedəcəyəm" - Qara Qarayev - 17 Oktyabr 2017, 15:24
Sabiq deputatın oğlu DİN-i məhkəməyə verdi - 17 Oktyabr 2017, 15:06
"Bizim iki əsas problemimiz var, biri vergidir, digəri isə kinoteatrlar..." - Müsahibə - 17 Oktyabr 2017, 15:01
Azərbaycanlı kriminalın "oğru" adı özünə qaytarıldı - 17 Oktyabr 2017, 14:53
DİN-in mətbuat xidmətinin regional bölmələri fəaliyyətə başlayıb - 17 Oktyabr 2017, 14:51
“Marca” “Qarabağ”dan yazdı: “Evsiz çempion” - 17 Oktyabr 2017, 14:27
Qənirə Paşayeva “Ortadoğuda Türklüyün sıcak gündemi” adlı konfrans verib - 17 Oktyabr 2017, 14:12
Leyla Əliyeva müraciət etdi: Onlara kömək edək - VİDEO - 17 Oktyabr 2017, 14:06
Ana iki oğlunu sobada bişirib, öldürdü - 17 Oktyabr 2017, 14:01
"Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir" - 17 Oktyabr 2017, 13:38
"Bozbaş"ın "Qılman hoca"sı: "5 il kloun işləmişəm" - 17 Oktyabr 2017, 13:34
Deputat oğlunu özünə müavin təyin etdi - 17 Oktyabr 2017, 13:27
Bakıda intihar edən müəllimin - FOTOSU - 17 Oktyabr 2017, 13:20
Elarizlə Mehriban Xanlarova sevgili olub: "Ona vurulmuşdum" - 17 Oktyabr 2017, 13:16
"Azərbaycanın ən parlaq ulduzu" bu 3 məşhurdan biri olacaq - 17 Oktyabr 2017, 13:11
BNA “Qarabağ” -“Atletiko Madrid” oyunu ilə bağlı azarkeşlərə səsləndi - 17 Oktyabr 2017, 12:59
"Maşını" tərk edən iştirakçı: “Mübarizə apardıqca batırdım” - 17 Oktyabr 2017, 12:51
“Cinsi azlıq virusunu Azərbaycanda yaymaq istəyirlər” - Fazil Mustafa - 17 Oktyabr 2017, 12:50
Vüqar Rəhimzadə: Rusiya regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlardan çəkinməlidir - 17 Oktyabr 2017, 12:44
"Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır" - 17 Oktyabr 2017, 12:41
"Sarkisyan danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır" - 17 Oktyabr 2017, 12:39
“Qaynımın gözü düşdü mənə... ərim dedi, fahişəsən, 8 bıçaq vurdu...” – Azərbaycanlı qadının film kimi həyatı - 17 Oktyabr 2017, 12:27
Hacı Şahin: "Laklı dırnaqla dəstəmaz almaq olmaz" - 17 Oktyabr 2017, 12:26
Bakıda AA 707 nömrəli "Jeep" piyadanı keçiddə vurdu - 17 Oktyabr 2017, 12:14
Nazirliyin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam" - 17 Oktyabr 2017, 12:02
Sevgilisinin sədaqətini yoxlayan oğlan peşman oldu - "Belə lənətə gəlmiş qızlara inanmayın"- VİDEO - 17 Oktyabr 2017, 11:41
Qarabağda itkin düşən azərbaycanlıların sayı dəqiqləşdirildi – RƏSMİ - 17 Oktyabr 2017, 11:30
6 tələbənin öldüyü qəzada zərərçəkənlərə ödənilən məbləğ - 41250 manat - 17 Oktyabr 2017, 11:11
Bakıda universitetdə oğlan sevgilisinə belə evlənmə təklifi etdi - VİDEO - 17 Oktyabr 2017, 11:10
45 gün idi ailə qurmuşdu, özünü asdı - VİDEO - 17 Oktyabr 2017, 11:01
Bakıda universitet müəllimi özünü iş otağında asdı - 17 Oktyabr 2017, 10:50
Bakıda iki qadın intihar etdi - 17 Oktyabr 2017, 10:47
Şagirdlər arasında baş verən qanlı davanın - TƏFƏRRÜATI - 17 Oktyabr 2017, 10:31
Azərbaycana 9 santimetr qar yağdı – Faktiki hava - 17 Oktyabr 2017, 10:23
““Qarabağ”a çox qol vurmalıyıq” - “Atletiko”nun yarımmüdafiəçisi - 17 Oktyabr 2017, 10:12
Bakıda məşhur hoteldən Azərbaycana hörmətsizlik - 17 Oktyabr 2017, 10:09
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10