18:18 Bazar Ertəsi, 17 Fevral 2020
DÜNYA

Axşam işdən evinə gələn kişi dəhşət yaşadı - Evdən iki cəsəd çıxdı

13:43, 18.01.202010782
Axşam işdən evinə gələn kişi dəhşət yaşadı - Evdən iki cəsəd çıxdı
Türkiyədə dəhşətli cinayət hadisəsi törədilib.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, Türkiyənin Tokat vilayətində yaşayan qadın oğlunu öldürdükdən sonra canına qəsd edib.

Psixoloji problemləri olduğu üçün dərman qəbul edən Tuğba Uzun adlı qadın 4-cü sinifdə oxuyan oğlu Kayra Uzunu öldürdükdən sonra mətbəxdə intihar edib.

Uşağın atası axşam saatlarında evə gəldikdə qapının bağlı olduğunu görüb. O, qapını açmaq üçün çilingər çağırıb. Onlar qapını açıb içəri keçdikdə evdə iki cəsəd görüblər.
 
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
XƏBƏR LENTİ