19:49 Bazar Ertəsi, 09 Dekabr 2019
İDMAN

“Ayaks”, “Seltik” və başqaları... - “Qarabağ”ın potensial rəqibləri

15:25, 03.08.20195693
“Ayaks”, “Seltik” və başqaları... - “Qarabağ”ın potensial rəqibləri

Avqustun 5-i UEFA-nın Nyondakı qərargahında Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Bakı vaxtı ilə saat 14.00-da başlanacaq püşkatmada ÇL-in üçüncü təsnifat mərhələsinin APOEL - "Qarabağ” cütünün qalibinin rəqibi də müəyyənləşəcək.

Öncədən məlumat verildiyi kimi, bu cütlük səpələnməmişlər səbətində yer alacaq və rəqibi səpələnmişlər səbətindəki aşağıdakı cütlüklərdən birinin qalibi olacaq:

 

PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)

ÇFR (Rumıniya) - "Seltik" (Şotlandiya)

"Srvena zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka)

"Dinamo" (Xorvatiya) - "Ferensvaroş" (Macarıstan)

APOEL - "Qarabağ” cütünün məğlubu isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu zaman həmin komanda səpələnmişlər səbətində yer alacaq. Rəqib isə səpələnməmişlər səbətində yer alan, Avroliqanın üçüncü mərhələsindəki bu cütlüklərdən birinin qalibi olacaq:

"Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya)

"Ludoqorets" (Bolqarıstan) - TNS (Uels)

"Sarayevo" (Bosniya və Herseqovina) - BATE (Belarus)

"Astana" (Qazaxıstan) - "Valletta" (Malta)

"Slovan" (Slovakiya) - "Dandolk" (İrlandiya) 

 

qafqazinfo

XƏBƏR LENTİ