07:31 şənbə, 16 Fevral 2019
Maqazin

Aybəniz Haşımova şəhid uşaqlara layihə həsr etdi: Talandı torpağımız - FOTOLAR

16:03, 07.02.20193309
Aybəniz Haşımova şəhid uşaqlara layihə həsr etdi: Talandı torpağımız - FOTOLAR
Əməkdar artist Aybəniz Haşımova şəhid olan uşaqlara layihə həsr edib.
 
Bu haqda AZXEBER.COM-a müğənni özü məlumat verib.
 
Aybəniz Haşımovanın dediyinə görə, layihə "Talandı torpağımız" adlanır: "Qarabağda və ümumiyyətlə ermənilər tərəfindən öldürülən uşaqlarımıza bir layihə həsr etdim. Artıq layihə hazırdı və yaxın günlərdə təqdimatı olacaq. Layihə "Talandı torpağımız" adlanır. Bu mahnının sözləri dahi şairimiz Bəxtiyar Vahabzadəyə, musiqisi xalq artisti Niyaməddin Musayevə aiddir. Mahnının "Sənət Akademiyası"nın yetirməsi Milana Nəbiyeva ifa edəcək".
 
Aybəniz Haşımova qeyd edib ki, klipdə şəhid olan uşaqları Sənət Akademiyasının yetirmələri canlandırıb. 
 
Klipin operatoru Nadir Mehdi, rejissor və ssenarı Aybəniz Haşımovaya aiddir. 
 
Layihənin hazırlıq mərhələsindən fotoları təqdim edirik:
 















XƏBƏR LENTİ