02:40 çərşənbə Axşamı, 19 Noyabr 2019
MƏDƏNİYYƏT

Aydın Xan: “Cənnət Səlimovanın “Kamera Teatr”ında gördüyü işlər səs-küyə səbəb olurdu”

10:40, 11.01.20121985
Aydın Xan: “Cənnət Səlimovanın “Kamera Teatr”ında gördüyü işlər səs-küyə səbəb olurdu”

Son günlər Azərbaycan teatrlarında bir neçə neqativ hallar baş verir. Belə ki, ötən gün ANS-in efirində yayımlanan “Günə Baxan” verilişinin canlı efirində qalmaqal yaşanmışdı. Canlı efirdə təzəliklə işdən azad edilmiş xalq artisti Tariyel Qasımov və əməkdar artist Naibə Abdullayeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimovadan narazı olduqlarını söyləmişdilər.

Gənc Tamaşaçılar Teatrından öncə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun teatrın aktyoru, xalq artisti Nurəddin Mehdixanlını səhnəyə içkili çıxdığı üçün töhmət verməsi və buna bənzər bir çox hadisələr yaddaşlarda iz buraxıb.

AZXEBER.COM portalı bu hadisələrin Azərbaycan teatrlarının inkişafına necə təsir göstərməsi ilə bağlı kulturoloq Aydın Xan Əbilinin münasibətini öyrənib. Aydın Xan Əbili bu hadisələrin heç də ürəkaçan olmadığını söyləyib: “Təkcə teatrlarda yox, müxtəlif sahələrdə qalmaqalların yaşanması, etirazların baş qaldırması normal haldır. Əgər iş varsa deməli rəqabət və narazıçılıqların olması da normaldır. Həmçinin, bunun digər səbəbi illərcə yığılıb qalan problemlərdir. Prezident tərəfindən xüsusi proqramlar qəbul olundu. Teatrlarda maaşlarda artımlar edilir, teatr binaları təmir edilir. Bu şərait qarşısında bizim teatrlar lazımi keyfiyyəti ortaya qoya bilmirlər. Hətta, İranda zirzəmi teatrlarının uğurlarını belə görmək mümkündür. Əvvəllər “Yuğ”, “Pantomima”, “Bələdiyyə Teatr”ı bizi valeh edərdi və biz o günü gözləyərdik ki, onlara dövlət teatrı statusu verilsin, uğurları daha da artsın. Lakin gözlədiyimizin əksi oldu. İndi onlar da süstləşiblər. Məsələn, Cənnət Səlimovanın “Kamera Teatr”ında gördüyü işlər səs-küyə səbəb olurdu. Əslində bu cür problemlər daha çox baş verir. Ancaq ictimaiyyət bunu yeni öyrənir. Problemin nə olduğuna gəldikdə isə teatrı öz çiynində aparacaq rejissorlar yoxdur. Brend rejissorlar və aktyorlar teatr səhnələrindən demək olarki çıxıb gediblər”.

Gülnarə Bayramova

XƏBƏR LENTİ