21:56 şənbə, 18 Avqust 2018
KRİMİNAL

Aygün Bəylərin qardaşı məhkəmə qarşısında – FOTO

18:36, 11.02.20181074
Aygün Bəylərin qardaşı məhkəmə qarşısında – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov və qardaşı Elnur Əsirovun CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AZXEBER.COM-un məlumatına görə, 2016-cı il avqustun 29-da Daxili İşlər Nazirliyi (DIN) məlümat yayıb ki, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib. 

Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə öldürülüb. Sonra həmin şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti basdırıblar və üstünü betonla örtüblər. İstintaq-əməmliyyat qrupunun üzvləri tərəfindən hadisə yerinə baxış keçirilib və mərhumun meyitinin qalıqları ekskumasiya olunaraq ekspertizaya təqdim edilib. İşin mürrəkəbliyi nəzərə alındığı üçün cinayət işi Suraxanı rayon prokuroroluğundan götürülüb və Bakı şəhər prokurorluğuna göndərilib. 

Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşıdır, mərhum isə əmisi nəvəsi olub.

İstintaqla müəyyən edilib ki, qrup üzvləri 2013-cü ilin fevral-mart aylarında Qala qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin həyətyanı sahəsində narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər. Təxminən 2 aydan sonra onlar Elnur Hümmətovun bu barədə polisə məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son vaxtlar onlardan kənar gəzən Elnuru axtarıb, tapıblar və evə gətirərək, orada saxlayıblar. 

Ertəsi gün Hümmətovun qaçmağa cəhd etdiyini görən şəxslər onu boğaraq, qəsdən öldürüblər və sonra quyu qazaraq, meyitini orada basdırıblar. Həmin ilin iyul-avqust aylarında təqsirləndirilən şəxslər bəcərib, əldə etdikləri 40 kiloqram marixuananı 15000 manata satıblar. 

Bügün ki məhkəmə iclasında son sözlə təqsirləndirilən Fuad Məmmədzadə çıxış edib. O, səhhətində problemlər, himayəsində azyaşlı uşaq, valideynlərinin yaşlı olduğunu, məhkəmədən sadaladığı halları nəzərə almasını xahiş edib. Məmmədzadə özünü təqsirli hesab etmədiyini deyib. Digər təqsirləndirilən şəxslər son sözə hazır olmadıqlarını bildirərək məhkəmədən vaxt istəyiblər. 

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışı zamanı F.Məmmədzadəyə, E.Alxazova, R.Əsirova 15 il, A.Hümmətova, E.Əsirova 14 il 9 ay və C.Alxazova 14 il 6 ay cəza təyin edilməsini xahiş edib.  

Növbəti proses fevralın 23-də keçiriləcək. 








XƏBƏR LENTİ