19:39 Bazar Ertəsi, 23 Iyul 2018
Maqazin

Aygün Kazımova "Altın Kelebek"dən imtina edib? - AÇIQLAMA

17:12, 12.12.20176325
Aygün Kazımova
Türkiyədə təqdim olunan "Altın Kelebek" mükafatı qardaş ölkədə olduğu kimi, ölkəmizdə də ən çox müzakirə olunan mövzulardandır.
 
Yarışmada "Azərbaycanın ən parlaq ulduzu" mükafatının təqdim olunması da birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə bu addıma görə təşkilatçılar kəskin tənqidə məruz qalıb.
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, "Altın Kelebek"də iştirak etmək üçün təşkilatçılar ilk olaraq xalq artisti Aygün Kazımovaya müraciət ediblər. Ancaq xalq artisti bu dəvəti geri çevirib və orada iştirakdan imtina edib. Müğənninin hansı səbəbdən belə addım atdığı isə açıqlanmayıb.
 
Məsələylə bağlı xalq artistinin özü ilə əlaqə saxladıq. O AZXEBER.COM-a açıqlamasında ümumiyyətlə bu mövzu haqda danışmaq istəmədiyini deyib: "Mənim statusum bu haqda danışmağa imkan vermir, imtina səbəbini isə açıqlaya bilməyəcəm. Ümid edirəm ki, məni anlayışla qarşılayacaqsız".
 
Xatırladaq ki, Aygün Kazımovaya bundan öncə də bir sıra beynəlxalq müsabiqələrdə iştirak üçün dəvət gəlsə də, o bundan imtina etmişdi.
XƏBƏR LENTİ