05:33 Bazar Ertəsi, 18 Iyun 2018
Maqazin

Aygün Kazımova: "Ayın 22-ni səbrsizliklə gözləyirəm, çox həyəcanlıyam" - FOTOLAR

17:20, 12.09.2017617
Aygün Kazımova:
Aygün Kazımova mətbuat konfransına makiyajsız qatılıb.
 
Xalq artisti Aygün Kazımova 30 illik yubilyinə həsr olunacaq konsertin mətbuat konfransını keçirib.
 
AZXEBER.COM xəbər verir ki, xalq artisti Aygün Kazımova çoxdandır gözlənilən konserti haqqında bunlar deyib: "Konsertdə 30 il ərzində sevilən ifalar olacaq. Repertuar seçimi çox çətin oldu. Mart ayından seçimlərə başladıq. Bir çərçivə var ki, mən heç vaxt ondan kənara çıxa bilmərəm. İlhamə Quliyeva kimi 50 mahnı oxuya bilmərəm (gülür). Konsertin formatı başqadır. Orada çərçivələr var, ondan çıxa bilmərik”.
 
Xalq artisti komandasından da danışıb: "Biz böyük bir komandayıq. Hər kəs bu layihəyə ürəyini qoyur. Komandamdan tam razıyam, hamısı işinin peşəkarıdır.
 
Geridə qoyduğu 30 ilə baxarkən isə xalq artisti xoş xatirələrinin çox olduğunu deyib: "30 il mənim yadımda yalnız sənətimlə və işimlə yadda qalıb. Heç bir şəxsi həyatımla yadda qalmayıb.
 
Aygün Kazımova çox həyacanlı olduğunu bildirib. "Həmin gecə üçün çox həyacanlıyam elə bilirəm ki, ilk dəfə səhnəyə çıxacam. Komandada hamı zədələnmişdi bir mən qalmışdım, axırda mən də zədə aldım.”
 
Müğənni həmin gecənin sürprizlərlə dolu olacağını da qeyd edib: "Gecədə bir çox sürprizlər olacaq. Bir gənc oğlan var. Səhnəyə ilk addımını atacaq. Amma duetlər olmayacaq.”
 
Diqqət çəkən məqam isə hər zaman tamaşaçı önünə qlamur tərzdə çıxan Aygün Kazımova bu dəfə makyajsız çıxıb.
 
Qeyd edək ki, konsert 22 sentybrda "Cristal Hall"da baş tutacaq.

Nazim Qasimzadə,
AZXEBER.COM
 

 

 

 

 


XƏBƏR LENTİ