22:50 Cümə Axşamı, 19 Sentyabr 2019
Maqazin

Aygün Kazımova saxlanılan qardaşı haqqında danışdı

16:12, 13.01.20122903
Aygün Kazımova saxlanılan qardaşı haqqında danışdı
Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımovanın qardaşı Kazım Kazımzadənin həbs olunması xəbəri səhərdən başlayaraq ölkə mediasında sensasion xəbər kimi yazılmaqda davam edir. Yaşadığı xoş və üzücü olaylar barəsində həmişə danışmaqdan çəkinməyən pop-diva yenə də susmadı. Türkiyədən yeni qayıdan Aygün xanım milli.az-a açıqlamasında bunları dedi:"Xəbəri mən də saytlardan oxudum. Və az əvvəl yuxudan oyandığım üçün baş verən hadisənin təfərrüatları barəsində məlumatsızam. Açıqlamaya gəldikdə isə bir şey demək istəyirəm: mənim hansısa işim olanda, məgər, buna qardaşım qarışır? Biznesmen adamdır və başına iş gəlib. Əlbəttə ki, gün ərzində məsələ ilə maraqlanacağam. Yazılan xəbərlər də ki, sensasiyalı başlıqla dərc olunur: "Aygün Kazımovanın qardaşı həbs olundu". İndi o mənim qardaşım olmasaydı, bu söhbət bu dərəcədə şişməyəcəkdi axı".
XƏBƏR LENTİ