13:46 Bazar Ertəsi, 18 Noyabr 2019
Maqazin

Aysel Əlizadə: "Onları Allaha həvalə etmişəm" - VİDEOMÜSAHİBƏ

17:25, 17.10.20197108
Aysel Əlizadə:

AZXEBER.COM-un müsahibi tanınmış müğənni Aysel Əlizadədir. 


 

- Siz də həmkarlarınız kimi "Mash up” ifa etdiniz. Bu ideya necə yarandı?

- Əslində, bu mash up çoxdan hazır idi. Sadəcə bir ara o qədər mash uplar çıxdı, adiləşdi. Düşündük ki, bir az gözləyək. Qismət bu günə idi. Əsəs odur ki, sevildi.

- Türkiyə şou-biznesinə qatılmaq istəyən məşhurlardan biri də sizsiz. Hazırda işlər nə yerdədi?

- Artıq uzun müddətdir ki, mən onlarla çalışıram. Yenidən İstanbula gedirəm, orada konsert və kliplər olacaq. Sadəcə çox təəssüf ki, belə işləri mediaya maraqlı deyil. Sonra da deyirlər ki, bu qız nə işlə məşğul olur ki? Mən Türkiyənin şou–biznesinə qatılmağı düşünmürdüm, amma qismət belə gətirdi.

- Son vaxtlar efirlərdə az görünürsüz. Bunun səbəbi nədir?

- Mən hər efirə çıxan insan deyiləm. Bakıya gələndə mənim də qayğılarım olur, ailəm var. Onlara başım qarışır. Tez-tez efirlərə çıxsam, deyərlər nolub görməmişsən? Ona görə də özüm efirləri seçirəm.

 

- Bəzi məşhur xanımlar ailə həyatı qurmadan övlad dünyaya gətirirlər. Bu haqda sizin də fikirlərinizi bilmək istərdik...

- Heç kim mənəm mənəm deməsin. Kim başına nə gələcəyindən xəbərsizdir. Bəzən olur ki, heç toy olmadan uşaq dünyaya gəlir. Əgər bu hər iki tərəfin istəyi ilə olursa, haram sayılmır. Hər bir xanımın həyatına hörmətlə yanaşıram. Heç bir xanım istəməz elə olsun. Əgər olursa, onu da baltalayıb, yıxmaq olmaz. Biz müğənniləri qınaq obyektinə çevirmək çox asandır. Hazırda tanınmayan insanların elə hərəkəti olur ki, bizə min şükür. Bir xanımın həyatın müzakirə etmək böyük bir günahdır. Və bu etdikləri nə vaxtsa qarşılarına çıxacaq.

- Belə bir fikir var ki, yaradıcı insanlar sevgisiz yaşaya bilmir.

- İnsanın ruh aldığı insanlar var. O sənin ailən və özün də ola bilərsən. Mən düşünürəm ki, bütün xanımlar xoşbəxt olmağa layiqdir. İstəsəm bu gün ailə həyatı quraram. Ancaq mən heç vaxt nəyəsə və kiməsə görə addım atmamışam. Mənim üçün öz istəklərim maraqlıdır. Bir gün toy oldu hər kəs paylaşdı. Bəs sonra. Axı sən bu insanla bir evini, həyatını, yatağını paylaşırsan. Bunlar mənim üçün çox önəmlidir. Sevgi mütləq olmaldır. Sevməlisən ki, o insanı pisi və yaxşısı ilə qəbul edəsən.


 

- Bir ara üstünüzə çox gəldilər necə güc toplaya bildiz?

- Qara qaradır, amma ağ tez ləkə götürür. Hər zaman hər bir şeyi Allaha həvalə etmişəm.Mən güclü insanam. Bilirsiz ki, arxadan atılan daş topuğa dəyir. İnsanlar kimin düz və ya səhv olduğunu gözəl bilirlər.Mən yenə ayaq üstəyəm. Vaxt, zaman öz sözünü deyəcək. O vaxta ehtiyacımız var. Əgər yanlışım olsaydı, bu gün depressiyada olardım. O qədər vicdansız olmamışam. Mənimlə bağlı kim nə qara piar edirsə, onun cavabını Allah verəcək. Bu gün olmasa da, sabah mütləq olacaq. Əsas odur ki, Allah hamının ürəyinə görə versin.Elə şeylərlə adamı gözdən salmağa çalışırlar, amma bacamırlar. Məni tanıyan insanlar bilir ki, mənim necə ürəyim var, şərəfsiz biri deyiləm. Kim nə deyirsə desin, ancaq çərçivədən çıxmasın. Allaha şükür ki, mənim arxamda duran və övladlarına bələd olan ailəm var.

Nazim Qasımzadə,
AZXEBER.COM

XƏBƏR LENTİ