17:25 çərşənbə Axşamı, 23 Oktyabr 2018
Maqazin

Ayselin avtomobilini soydular

13:14, 12.11.20171886
Ayselin avtomobilini soydular

Müğənni Aysel Əlizadənin avtomobilini soyublar.

Sənətçi bu haqda "Lider maqazin"ə açıqlamasında deyib. O bildirib ki, "Porsche" markalı maşınından güzgüləri götürüblər:

"Güzgüləri çıxardıblar. Sağ-sol güzgü olmadığı üçün maşını sürmürəm. Heç vaxt maşına dəyərli nəsə qoymuram. Bunu nəzərə alsınlar. Ona görə də maşından nəsə götürməyiblər. Güzgünün özü də böyük ziyandır. Qadam-balam bununla getsin. İşi boş buraxmadım. Maşın olan yerdə kamera var. Hər şey tapılacaq. Götürüb, canı sağ olsun. Amma qanun qarşısında cavab verəcək".
///axsam.az
XƏBƏR LENTİ