“Az gəzdik, az yatdıq, çox işlədik, inandıq və vaz keçmədik” – Startap

27 Oktyabr 2017, 11:13
AAA
AdsGarden.com-un ortaq qurucusu Fərid Kərimov: "Böyük şirkətlərdən tutmuş, evdar xanımlaradək hər kəsə pul qazandıran platformamız qlobal rəqiblərimizdən bir sıra cəhətlərinə görə üstündür” 

Azərbaycan Dövlət İqtisadiyyat Universitetini mühasibat uçotu ixtisası üzrə bitirib, ali təhsil aldığı sahə üzrə də fəaliyyət göstərir. Lakin proqramlaşdırmaya olan həvəsi onu eyni zamanda bu istiqamət üzrə də irəliləməyə vadar edib. Artıq uzun müddətdir ki, həm də proqramçı kimi çalışır. Deyir ki, işə yeni saytlar yığaraq başlayıb. Müsahibimiz ayyarım öncə rəsmi açılışı edilən AdsGarden.com - Rəqəmsal Reklam Platformasının ortaq qurucusu Fərid Kərimovdur.
 
"Bu həvəs əsgərlikdən sonra yarandı”
 
Fərid bu sahəyə marağının hərbi xidmətdə olduğu zaman yarandığını deyir: "4-5 ildir ki, mühasib olaraq çalışsam da, müəyyən saytların texniki işlərini də görürəm. Uşaq vaxtı kompüterə elə də marağım olmayıb. Bu həvəs daha çox əsgərlikdən sonra yarandı. Universitet vaxtı az-çox öyrənmişdim, əsgərlikdə kompüterlə işləməyə adam axtaranda, özümü qabağa verdim ki, mən bilirəm. Elə həmin dövrdən yavaş-yavaş bu sahəyə yönəldim. Bu sahə üzrə xüsusi təhsilim yoxdur, lakin içimdəki maraq məni bu sahəyə çəkirdi. Əsgərlikdən gəldikdən sonra bacarıqlarımı genişləndirmək üçün internetdə bununla bağlı araşdırmalar edib, bilmədiklərimi də öyrənməyə çalışdım”.
 

 
"Böyük reklam agentlikləri layihəmizlə maraqlanmağa başlayıb”
 
Fərid deyir ki, onda "AdsGarden” startapını yaratmaq ideyası texniki dəstək göstərdiyi saytların tez-tez üzləşdiyi problemləri görəndən sonra yaranıb: "İşlədikcə gördüm ki, Azərbaycan saytlarının böyük əksəriyyəti reklam tapmaqda çətinlik çəkir, öz trafiklərini qazanca çevirə bilmirlər. Ayrıca olaraq, reklam bannerlərinin yerləşdirilməsi, onların statistikasının izlənilməsi və analizi baxımından da problemlər var idi. Bu zaman düşündüm ki, bütün bu problemlərin həlli üçün avtomatlaşdırılmış vahid platformanın yaradılması pis olmazdı. İstənilən startapın uğurlu olmasını şərtləndirən vacib amillər var: sənin ideyana bazarda nə qədər ehtiyac var, rəqiblərin varmı və s. Məlum oldu ki, bizə qədər bu ideyanı bir neçə dəfə həyata keçirməyə çalışsalar da, uğur qazana bilməyiblər. Onların harda səhv buraxdıqlarını araşdırmağa və dünya təcrübəsini öyrənməyə başladıq. İdeyamız və ilkin strategiyamız tam aydınlaşandan sonra həvəslə işə başladım, artıq bir neçə aydan sonra sistem test versiyada işləməyə başladı və qısa müddətdə onlarla sayt ətrafımızda birləşdi.
 
Qlobal platformalarla uğurlu əməkdaşlığımız nəticəsində saytlarda boş reklam yerlərini doldura bildik. Nəticədə həm onlar, həm də biz qazanmağa başladıq. Amma sistemin inkişaf etdirilməsi, test versiyanın başa çatdırılması da uzun zamanımızı aldı. 2 illik çalışmalardan sonra komandamıza Türkiyədən də proqramçılar qatıldı və işlər sürətləndi. Nəhayət, bu il sentyabrın 1-də artıq yeni versiyada və geniş funksiyalarla "adsgarden.com”u rəsmən hamıya açıq elan etdik. Hazırda platformadan yüzlərlə yerli sayt və onlarla reklamçı bəhrələnir. Böyük reklam agentlikləri də sistemimizlə maraqlanmağa başlayıb”.
 
Fəridin sözlərinə görə, "Ads garden" ingliscədən tərcümədə "reklamlar bağı” deməkdir. O əminliklə bildirdi ki, artıq bu bağı sala biliblər: "Amma bütün bağlar kimi, "AdsGarden" də daimi qulluq və xidmət tələb edir. Necə deyərlər, arxayınlaşmaq olmaz".
 
 

"Bizim startapdan hər kəs qazana biləcək"
 
Fərid Kərimovun fikrincə, "adsgarden.com" təkcə saytlara yox, hamıya qazandıran sistem olacaq: "İl ərzində "Facebook" və "Google" kimi reklam platformalarına Azərbaycandan reklam qarşılığında milyonlarla manat vəsait axır. İlk növbədə, bizim platforma bu pulların xaricə axınının qarşısını almaq üçün bir fürsətdir. Deməli, nəticədə dövlət qazanacaq. Qiymətlərimiz və şərtlərimiz qlobal şirkətlərlə müqayisədə daha sərfəlidir. Şirkətlər həm də internetdə reklam yerləşdirmək üçün sayt-sayt, qapı-qapı gəzmək, böyük vaxt və enerji itirmək məcburiyyətində qalmayacaq. İndi istənilən şirkət cəmi 5-10 dəqiqə kimi qısa bir zaman içində onlarla saytda öz reklamlarını yerləşdirə bilər. Bu zaman həm vaxtına, həm büdcəsinə ciddi şəkildə qənaət etmiş olacaq. Üstəlik, öz şəxsi kabineti vasitəsi ilə canlı olaraq reklamlarının effektivliyini izləyə, onlara müdaxilə edə bilər. Reklamçı hansı saytda nə qədər göründüyünü, nə qədər klik aldığını ölçə, istədiyi saytı siyahıdan çıxara və ya əlavə edə bilir. Birbaşa öz hədəf kütləsini təyin edir və reklamlarını birbaşa onlara göstərmək imkanı olur. Deməli, şirkətlər də qazanmış olur”.
 
Müsahibimiz deyir ki, yaxın zamanlarda internetin mövcud olduğu bütün cihaz və platformalarda adi vətəndaşlara da reklam tirajlamaq və qazanmaq imkanı veriləcək: "Deməli, "Facebook", "Whatsapp", "Telegram" və sair sosial şəbəkələrdə aktiv profilləri olan istənilən şəxs, hətta evdar xanımlar da bizim platformadan pul qazana biləcək. Bu mənada biz qlobal rəqiblərimizdən nəinki geri qalırıq, hətta bir sıra üstün cəhətlərimiz də var". 
 
 

Əvvəl evin içi, sonra çölü...
 
Müsahibimizin sözlərinə görə, hazırda Azərbaycanda onlara rəqib ola biləcək hər hansı güclü və ya zəif bir platforma yoxdur: "Bu bizə bəzi üstünlüklər qazandırsa da, arxayınçılığın təhlükəli olduğunu düşünürük. Ona görə də bütün komanda daim sistemin təkmilləşdirilməsi və yeni imkanların yaradılması üzərində işləyir. Qlobal bazarda saysız-hesabsız rəqiblər var Rəqabət mühitində çalışmağın bizi daha diri qalmağa sövq edəcəyini düşünürəm. Ona görə də bəzi hazırlıqları yekunlaşdırıb, 2018-ci ildən etibarən addım-addım yaxın region ölkələrinə açılmağı hədəfləyirik. İlk hədəfimiz Türkiyə olacaq. İki ortağımızın Türkiyədən olması, onların əlaqələri başlanğıc üçün əlavə avantajdır. Həm də Türkiyə böyük bazardır, aktiv internet istifadəçilərinin sayına görə Avropada ilk beşlikdə olan ölkədir. Türkiyəni seçməyimizin səbəblərindən biri də budur. Doğrudur, belə böyük və mürəkkəb bir bazarda pay sahibi olmaq çətin olacaq, amma bunun mümkünlüyünə inanırıq".
 
 

"Layihənin üzərində az qala 3 il hər gün çalışdıq”
 
Fərid öz ideyasını startapa çevirmək istəyən gənclərə bəzi məsləhətlərini də verdi: "Əslində hər kəsin ideyası ola bilər. Fərqli ideyanın olması hələ əsas deyil. İşə başlayan hər kəs bunu sona qədər apara biləcəyini düşünməlidir. Deyəsən, Mark Zukerberqin sözüdür. Deyir ki, heç bir ideya başlanğıcda kamil olmur, davamlı zəhmət, düzgün yanaşma, ardıcıllıq həm ideyanı mükəmmələ yaxınlaşdırır, həm də uğur gətirir. Bir startap ideyası yarandısa, öncə düzgün bazar araşdırması aparılmalı, rəqibləri varsa, onların zəif və üstün cəhətləri müəyyənləşdirilməli və buna görə strategiya hazırlanmalıdır. İşə başlayan hər kəs həm xərclərini optimallaşdırmalı, həm də uğurun dərhal gələcəyini gözləməməlidir. Biz layihəmiz üzərində az qala 3 il hər gün çalışdıq. İstirahət etmədik, az gəzdik, az yatdıq, çox işlədik, inandıq və vaz keçmədik. Komanda üzvlərimizin bir-birinə güvənməsi də az rol oynamadı".
 

Oxunma sayı : 254

SON XƏBƏRLƏR
Qənirə Paşayeva Milli Məclisdə tələbələrin problemlərindən danışdı - 21 Noyabr 2017, 21:52
Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq - 21 Noyabr 2017, 20:23
İordaniyada pişiyi dövlət işinə götürdülər - 21 Noyabr 2017, 19:54
Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır” - 21 Noyabr 2017, 19:51
Ən təhlükəli parollar açıqlandı - 21 Noyabr 2017, 19:28
General: “Qarabağ”-ın oyununda təhlükəsizlik təmin olunacaq - 21 Noyabr 2017, 19:06
Fədayə Laçın ev dustağı olmaq istəyir - 21 Noyabr 2017, 18:45
Dövlət müşavirləri vəzifəsi ləğv edildi – SƏRƏNCAM - 21 Noyabr 2017, 18:21
Azərbaycanda üçəm doğuldu: Mehriban, Leyla, Arzu - 21 Noyabr 2017, 17:42
Sevinc Ağasıyeva: "Bu işdən çox böyük zövq aldım" - FOTOSESSİYA - 21 Noyabr 2017, 17:38
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik - 21 Noyabr 2017, 17:23
"Banklar vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov - 21 Noyabr 2017, 17:15
Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün - 21 Noyabr 2017, 16:53
Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür - 21 Noyabr 2017, 16:47
“BakuBus”ın avtobusu gənc qızı vurdu - 21 Noyabr 2017, 16:46
İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Naziri olmaq istəyir - 21 Noyabr 2017, 16:32
"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov - 21 Noyabr 2017, 16:27
Suraxanıda körpə meyiti aşkarlandı - 21 Noyabr 2017, 16:23
"Bəzi səfirliklər bağlansın" - Deputatdan tələb - 21 Noyabr 2017, 16:21
İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA - 21 Noyabr 2017, 16:06
"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənildi - 21 Noyabr 2017, 16:02
"Mənimlə yatın, yaxşı qiymət yazım" - əxlaqsız müəllimdən təklif - 21 Noyabr 2017, 16:00
Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün məşğulluq layihəsi həyata keçiriləcək - 21 Noyabr 2017, 15:57
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov - 21 Noyabr 2017, 15:53
Bu filmdə İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənir - VİDEO - 21 Noyabr 2017, 15:50
Mətanətin qızının Antalyadakı toyundan - FOTOLAR + VİDEO - 21 Noyabr 2017, 15:46
“ASAN Radio” Gəncədə yayıma başladı - 21 Noyabr 2017, 15:44
Bakıda daha bir avtobusun hərəkət trayektoriyası dəyişdi - 21 Noyabr 2017, 15:40
"Çelsi" Bakıda 150 polisin mühafizəsi altında məşq edəcək - 21 Noyabr 2017, 15:32
Lənkəranda “zapravka”da yanğın - Yaralananlar var - 21 Noyabr 2017, 15:25
Azərbaycanlı məşhurlar gömrük işçilərinə qarşı: "Bu adamların tərbiyəsizliyinə nə vaxt son qoyulacaq?" - 21 Noyabr 2017, 15:04
"Əlimdə olan futbolçular məni qane edir" - Qurban Qurbanov - 21 Noyabr 2017, 14:31
Azərbaycan sərt pul siyasət yürüdəcək - 21 Noyabr 2017, 14:16
Konte: ""Qarabağ" son 2 oyunda əla çıxış edib" - 21 Noyabr 2017, 14:13
“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - Deputat - 21 Noyabr 2017, 14:03
Sürücüləri hər gün bezdirən siğorta şirkətləri: Nömrələrimizi onlara kim satır? - 21 Noyabr 2017, 13:56
Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda - 21 Noyabr 2017, 13:42
Azərbaycanlı manyakdan dəhşətli etiraflar: "Adam ətindən qutab bişirib vağzalda satırdıq" - VİDEO - 21 Noyabr 2017, 13:22
“Alkoqollu içkilər və siqaretin qiyməti iki dəfə arta bilər” - Maliyyə naziri - 21 Noyabr 2017, 13:22
Sabah bəzi yerlərdə sulu qar yağacaq - 21 Noyabr 2017, 13:14
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir - 21 Noyabr 2017, 12:52
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirildi - 21 Noyabr 2017, 12:48
"Qarabağ danışıqları tezliklə başa çatmayacaq” - Lavrov - 21 Noyabr 2017, 12:36
Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib” - 21 Noyabr 2017, 12:29
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev - 21 Noyabr 2017, 12:21
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10