19:01 Bazar Ertəsi, 09 Dekabr 2019
İDMAN

Azad Rəhimov: "XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə keçdi"

12:26, 27.07.20195076
Azad Rəhimov:
Qonaqların və idmançıların rəylərinə əsaslanaraq deyə bilərəm ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə keçirdik.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov festivalın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, bütün qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılır:
"İdmançılarımız festivalı 48 ölkə arasında ikinci pillədə başa vurmağa yaxındır. Bu festival idmançılarımızı gələcəkdə daha böyük naliyyətlər əldə etməyə ruhlandıracaq".

Nazirin sözlərinə görə, Azərbaycan idmançıları yarışlarda uğurla iştirak etdilər: "İdmançılarımızın qazandığı medalların sayı və keyfiyyəti bizi qanə edir".
A.Rəhimov əlavə edib ki, festivalın bağlanış mərasimi üçün biletlər tamamilə satılıb.
 
Nazir oyunlara tamaşaçı marağının gözlənildiyindən də çox olduğunu, həndbol, atletika, üzgüçülük yarışlarına gündəlik sessiyalarda nəzərdə tutulan bütün biletlərin satıldığını, güləş, cüdo və gimnastika yarışlarında isə hətta nəzərdə tutulandan əlavə yerlər açmalı olduqlarını deyib.
XƏBƏR LENTİ