10:39 Bazar Günü, 21 Yanvar 2018
SOSİAL

AZAL-ın təyyarəsində olay - Stüardessa sərnişinin üstünə qaynar su tökdü (FOTO)

11:51, 13.11.201720290
AZAL-ın təyyarəsində olay - Stüardessa sərnişinin üstünə qaynar su tökdü (FOTO)
Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarədə qəibə hadisə yaşanıb. 
 
AZXEBER.COM-un məlumatına görə, bu barədə ANS və Space TV-nin keçmiş əməkdaşı Tünzalə Rafiqqızının məlumat yazıb. O, 09:45-dəki İstanbul reysində təyyarədəki stüardessanın üzərinə qaynar su tökdüyünü və baş verən hadisə zamanı yanıq xəsarətləri aldığını bildirib. 
 
T.Rafiqqızının sözlərinə görə o bu hadisənin şokundan hələ də özünə gələ bilməyib: "Stüardessanın əlində qapağı açılan qaynar çaydan bir anda üstümə dağıldı və mən qəşəngcə bişdim. Az sonra o boyda təyyarədə yanığın üzərinə vurmağa bir dərman tapılmadı. Axırda hansısa sərnişinin oteldən götürdüyü diş pastası tapıldı, yaranın üstünə çəkdik" .
 



0
XƏBƏR LENTİ