Azərbaycan ABŞ-ı hədələdi - Rəsmi qəzet yazır

09 Sentyabr 2017, 11:38
AAA

Son günlər Qərbin müəyyən dairələrinin Azərbaycana qarşı sanksiyalaşdırdığı yeni qarayaxma kampaniyası fonunda ABŞ-Azərbaycan əlaqələrinin perspektivinə kölgə sala biləcək proseslərin cərəyan etdiyi müşahidə olunur. Sentyabrın 4-də - eyni gündə "The Washington Post” və "The Guardian” nəşrlərində sifarişlə dərc olunmuş iki məqalə yeni hücum üçün siqnal oldu və dərhal "5-ci kolon” da daxil olmaqla nəhəng "diskreditasiya maşını” işə düşdü. Müxtəlif beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin tənqidi reaksiyası ənənəvi sxem üzrə Azərbaycanın növbəti dəfə hədəfə götürüldüyünə heç bir şübhə yeri qoymadı. Sentyabrın 7-də Dövlət Departamentinin sözçüsü Heather Nauert bəyanatla çıxış edərək hazırda həbsdə olan "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin azadlığa buraxılmasını tələb etdi. Bunun ardınca isə ermənipərəst senator Riçard Durbin 2018-ci büdcə ili üçün Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsinin müzakirəsi əsnasında Azərbaycan rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutan düzəlişi Senatın müvafiq komitəsinə təqdim etdi. Həmçinin Devid Kramer də daxil olmaqla Obama dövründən qalma bir qrup "ştatlı tənqidçi” sanksiyaların reallaşdırılması ilə bağlı təbliğat aparmağa başladı.

Beləliklə, görünən odur ki, Azərbaycanı daim hədəfdə saxlayan sorosçu dairələr və erməni lobbisi yaranmış fürsətdən istifadə edərək ABŞ-Azərbaycan münasibətlərini, strateji tərəfdaşlıq əlaqələrini pozmaq üçün hərəkətə keçiblər.

Etiraf edilməlidir ki, Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra B.Obama Administrasiyasının iki ölkə arasında yaratdığı fəsadların aradan qalxacağına böyük ümid yaranmışdı. Bir çox ekspertlər cənab Trampın prezidentliyinin ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsini ikitərəfli münasibətlərdə yeni səhifəsi kimi şərh etmişdilər. 2016-cı ilin aprelində Azərbaycan dövləti başçısının ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması, dövlət katibi Con Kerri və bir sıra digər rəsmi şəxslərlə görüşü iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürü kimi səciyyələndirildi. ABŞ Prezidentinin 28 may - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktublarında isə ikitərəfli münasibətlərdə yeni dönəmin başlandığına birbaşa işarə edilmişdi. Donald Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirmişdi.

Təbii ki, bütün bunlar cənab Trampın Bakıya şəxsi münasibətindən daha çox, ABŞ-ın yeni seçilmiş prezidentinin Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olan Azərbaycanın Qərbin terrorla mübarizəsi, mühüm enerji layihələrinin həyata keçirilməsi və digər önəmli məsələlərdə yeri və roluna verdiyi qiymət kimi xarakterizə olunmalıdır. Digər tərəfdən, cənab D.Tramp dəfələrlə bəyan etmişdi ki, ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. Bu da onu deməyə əsas verirdi ki, ABŞ Prezidenti digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyur. Bu siyasət Birləşmiş Ştatların keçmiş Prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan mənfi halların və soyuqluğun aradan qaldırılması, iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı başlanğıc ola bilərdi.

Lakin son hadisələr göstərir ki, rəsmi Vaşinqton Obama dövrünün stereotiplərindən, müxtəlif lobbi qruplarının dövlətin rəsmi siyasətinə güclü təsir rıçaqlarından hələ də xilas ola bilməyib. Dövlət Departamenti, Konqres və digər vacib idarəçilik və qanunvericilik institutlarında mühüm postlar tutan maraqlı qüvvələr "demokratiya” və "insan hüquqları” adı altında müstəqil ölkələrin daxili işlərinə müdaxilə siyasətini cənab Trampın bəyan etdiyi strateji kursa qarşı qoyaraq, ABŞ-ın tərəfdaşlarını öz siyasətlərinə yenidən baxmağa sövq edirlər.

Bu qüvvələr hesab edirlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə olmamalı, ya da onların cızdığı çərçivədən kənara çıxmamalıdır. Bu, tamamilə yanlış düşüncə tərzidir. Azərbaycan artıq əyani şəkildə sübut edib ki, müstəqil dövlət olaraq daxili və xarici siyasətini, beynəlxalq əlaqələrini özü müəyyənləşdirir və bunun üçün hansısa güc mərkəzinin, kənar qüvvənin məsləhətlərinə ehtiyac görmür. Bəlkə buna görə ABŞ-ın bəzi dairələri belə fikirləşirlər ki, Azərbaycan artıq Qərbi və onun dəyərlərini "inkar etmək” yolunu tutub. Buna görə də Dövlət Departamentinin rəsmi orqanı kimi qəbul edilən "The Washington Post” qəzeti başda olmaqla bəzi Qərb KİV-ində Azərbaycanın əleyhinə heç bir tərəfdaşlıq anlayışına sığmayan, adi etika çərçivəsini aşan qondarma materiallar verilir, "Human Rights Watch”, "Freedom House” və digər bu kimi təşkilatlardan təzyiq vasitəsi kimi istifadə olunur.

Uzun illər Azərbaycan belə ittihamlara dözümlü yanaşıb, bu kimi ədalətsiz hücumların strateji tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli səmərəli əməkdaşlıq əlaqələrinin inkişafına kölgə salmaması üçün əlindən gələni edib. Azərbaycan bir tərəfdən aydın şəkildə göstərib ki, öz strateji seçiminə, vəzifə və öhdəliklərinə sadiqdir. Digər tərəfdən isə hamıya nümayiş etdirib ki, müstəqil bir dövlət kimi dünya siyasətinin bütün aktorları ilə əlaqələrini bərabərhüquqlu əməkdaşlıq çərçivəsində qurmaq əzmindədir və heç bir halda öz milli maraqlarına təhlükə yaradan addımlar atmayacaqdır. Bu kontekstdə Azərbaycanın ABŞ və Avropa İttifaqına münasibətindəki səmimiyyəti bir növ etalon adlandırmaq da olar. Reallıq da budur ki, rəsmi Bakı hələ də bu seçimdən imtina etməyib, müxtəlif güc mərkəzlərinin, bəzi region dövlətlərinin təzyiqinə baxmayaraq, həm Avropa İttifaqı, həm də ABŞ ilə strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə çalışır.

Əgər ABŞ-da antiazərbaycan dairələri və lobbi maraqları üstün gələrsə və Rusiyaya qarşı tətbiq edilmiş "Qlobal Maqnikski Aktı” Azərbaycana da şamil olunarsa, rəsmi Bakı Qərblə tərəfdaşlıq siyasətinə yenidən baxa və adekvat addımlar ata bilərmi? Bu addımlar hansılar olacaq?

Ekspertlərin rəyinə görə, təcrübə göstərir ki, rəsmi Bakı öz tərəfdaşları ilə münasibətlərində kifayət qədər səmimi olsa da, təzyiq və dominantlıq siyasətini heç vaxt qəbul etməyib. Bu baxımdan, Azərbaycan hakimiyyətinin Qərblə strateji tərəfdaşlıq əlaqələrindən imtinanı nəzərdə tutan adekvat addımlar ata ləcəyi tam realdır.

Artıq qeyd edildiyi kimi, Azərbaycanın Qərblə tərəfdaşlığı bəzi böyük region dövlətlərini narahat edir və qıcıqlandırır. Lakin çoxvektorlu, balanslı siyasətə üstünlük verən rəsmi Bakı bütün təzyiqlərə davam gətirərək ABŞ və Avropa İttifaqı ilə strateji tərəfdaşlığını davam və inkişaf etdirib. Sanksiya və bu kimi yanlış addımlar rəsmi Bakını öz xarici siyasətini yenidən nəzərdən keçirməyə və birtərəfli seçimə üstünlük verməyə məcbur edə bilər. Bu isə regionda böyük maraqları olan ABŞ və Qərb dövlətləri üçün ciddi itki olacaqdır.

Məlumdur ki, Azərbaycanın sülhməramlı tağımları 1999-2008-ci illərdə Kosovoda, 2003-2008-ci illərdə İraqda sülhyaratma missiyasının tərkibində iştirak etdilər. 2002-ci ildə analoji missiyanı Əfqanıstanda həyata keçirməyə başlayan Azərbaycan əsgərləri bu gün də həmin ölkədə öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. Azərbaycan öz hava məkanını açmaqla və mövcud hava nəqliyyatı infrastrukturundan istifadə imkanlarına şərait yaratmaqla, Əfqanıstanda dislokasiya olunmuş NATO hərbi kontingentinin təchizatına mühüm dəstək göstərir. Buna görə də Azərbaycan, ilk növbədə, Qərblə hərbi-geostrateji müstəvidə əməkdaşlığını, antiterror əməliyyatlarında, sülhyaratma missiyasında iştirakını dayandıra və Əfqanıstanda NATO kontingentinin təchizatı üçün imkan yaratmaqdan imtina edə bilər.

Bu gün Azərbaycana qarşı yeni kampaniyanı sanksiyalaşdıranlar sadəlövhcəsinə zənn edirlər ki, bu addımla "5-ci kolon”u, öz "dostlarını” müdafiə edə biləcəklər. Uzun illərdir rəsmi Bakı Xədicə İsmayıl, Mehman Əliyev, Emin Milli və digər bu kimi anti-milli ünsürlərin, Qərbin QHT və media şəbəkəsinin özbaşınalığına göz yummağa çalışıb, onların konkret olaraq bəlli missiya yerinə yetirdiyi açıq-aydın görünsə də, buna dözümlü yanaşıb. Ancaq bu şəbəkənin fəaliyyəti dövlətin əsaslarını sarsıtmağa başlayanda preventiv tədbirlərin həyata keçirilməsi zərurətə çevrilib və lazımi addımlar atılıb. Qərbin yeni "demarşı” isə bu addımların daha da dərinləşdirilməsi üçün ciddi əsas yarada bilər.

Əlbəttə, görüləcək tədbirlərin siyahısı genişdir və təbii ki, təkcə sadalananları əhatə etmir. Ancaq bütün bunlara nə ehtiyac var? Azərbaycanı sıxışdıraraq özündən uzaqlaşdırmaq Qərbə yaxşı nə verə bilər?

Azərbaycan ABŞ və Qərb ilə münasibətlərinə sadiqdir və bu əlaqələrin daha da dərinləşdirilməsinin tərəfdarıdır. Ümid etmək olar ki, Donald Tramp Administrasiyası Barak Obama dövrünün səhvlərini təkrarlamayacaq və Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışan sorosçu şəbəkəyə və erməni lobbisinə meydan verməyəcək. Bu halda nə sanksiya kimi cəfəng addımlara, nə də cavab tədbirlərinə ehtiyac qalmayacaq.

 

("Azərbaycan” qəzeti)



Oxunma sayı : 596

SON XƏBƏRLƏR
“Bizim ölkəyə bu qədərmi kiçik baxırlar?” - Qurban Qurbanov - 23 Noyabr 2017, 01:19
“Hakimə dedim ki, penalti verirsənsə...” - Rəşad Sadıqov - 23 Noyabr 2017, 01:17
Tanınmış telejurnalist dünyasını dəyişdi - 23 Noyabr 2017, 01:07
"Çelsi"nin baş məşqçisi: "Hakim gərək oyunu bitərəf idarə etsin" - 22 Noyabr 2017, 23:59
““Qarabağ”a lağ edənlərə sillə kimi cavab” - Türkiyə mətbuatı - 22 Noyabr 2017, 23:48
''Qarabağ"a qarşı hakim haqsızlığı - VİDEO - 22 Noyabr 2017, 22:38
İsmayıllıda iki mərtəbəli velosiped — VİDEO - 22 Noyabr 2017, 22:16
Tanınmış jurnalistə kömək lazımdır: Xərçəngə birlikdə qalib gələk - 22 Noyabr 2017, 21:47
"Qarabağ" "Çelsi"yə uduzur — YENİLƏNİR - 22 Noyabr 2017, 21:21
İlham Əliyev NATO qərargahına baş çəkəcək - 22 Noyabr 2017, 21:03
Qış Azərbaycana nə vaxt gələcək? - 22 Noyabr 2017, 20:52
Qızılgül və qərənfil üçün idxal rüsumu alınacaq - 22 Noyabr 2017, 20:35
"Görsə ki, əlimdə telefon var, evim yıxıldı" - Xatirənin əri ilə bağlı etirafları - 22 Noyabr 2017, 20:11
58 nəfər bir motosikletdə - Dünya rekordu + Video - 22 Noyabr 2017, 19:53
Bakıda dərs zamanı məktəb binasının damı uçdu - FOTO - 22 Noyabr 2017, 19:35
Azərbaycanda yaşayan ermənilərin sayı açıqlanıb - 22 Noyabr 2017, 18:31
Şenol Günəş “Qarabağ”-“Çelsi” oyununa gəlir - 22 Noyabr 2017, 18:18
Manatın sabaha MƏZƏNNƏSİ - 22 Noyabr 2017, 18:03
Xəzərdə zəlzələ - 22 Noyabr 2017, 17:51
“Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin xanımı - 22 Noyabr 2017, 17:35
Ayı ovçuları həbs edildi - 22 Noyabr 2017, 17:21
“Qarabağ”ın gəncləri “Çelsi” ilə bacarmadı - 22 Noyabr 2017, 17:15
"Dollarla kredit götürən vətəndaşlar, onların qaytarılmasında problemlə üzləşib"- Qənirə Paşayeva - 22 Noyabr 2017, 16:58
“Saytlara 1 milyon ayrılsın” - Əflatun Amaşovdan təklif - 22 Noyabr 2017, 16:34
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! - 22 Noyabr 2017, 16:21
"Səfirlərimiz sürücülük edirlər" - Millət vəkili - 22 Noyabr 2017, 16:15
Qızını texnikuma düzəltmək üçün 6 min manat verdi - 22 Noyabr 2017, 16:08
Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi - 22 Noyabr 2017, 16:07
Qız sosial şəbəkədə tanış olduğu oğlan tərəfindən zorlandı – TƏFƏRRÜAT - 22 Noyabr 2017, 15:53
Anar Nağılbazın keçmiş xanımı: Uşaqlarına baxmır, kirayələrdə qalmışıq - 22 Noyabr 2017, 15:38
"Bu gün icbari tibbi sığorta həllini gözləyən ən vacib problemlərdən biridir" - 22 Noyabr 2017, 15:20
"Yüksək Səviyyəli Afina Toplantısı çox aktual mövzuya həsr olunub" - Əli Həsənov - 22 Noyabr 2017, 15:17
Məcburi köçkünlərə verilən dondurulmuş əmək haqqı niyə dayandırıldı? - 22 Noyabr 2017, 15:12
"Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər" - Ərdoğan - 22 Noyabr 2017, 14:50
Baş konsul Batuminin meri ilə görüşdü - 22 Noyabr 2017, 14:21
“Oğlumun toyunu görmək üçün xərçəngdən möhlət istəyirəm" - Fuad Poladov - 22 Noyabr 2017, 14:16
Rasim Balayev müalicə üçün Türkiyəyə getməyəcək - 22 Noyabr 2017, 14:04
Həkimlərin maaşı artırılsın – Deputatdan təklif - 22 Noyabr 2017, 13:33
"Xəzər" TV-də gözlənilməz olay: Aparıcı sevdiyi qıza canlı efirdə evlilik təklifi etdi (VİDEO) - 22 Noyabr 2017, 13:29
“Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır - 22 Noyabr 2017, 13:24
Azərbaycanda daha bir ana ölümü - 22 Noyabr 2017, 13:18
Milli Məclisin deputatı qiymət artımına etiraz etdi: "Bizdə qiymət qalxdısa enmir" - 22 Noyabr 2017, 12:55
Özündən 40 yaş böyük ərini öldürüb, kanalizasiyaya atdı - 22 Noyabr 2017, 12:39
3 uşaq atası tanış olduğu qızı 21 gün boyunca kəmərlə döyüb, təcavüz etdi - FOTO - 22 Noyabr 2017, 12:25
Regionlarda saglam həyat tərzinin təbliginə balşanılıb - 22 Noyabr 2017, 12:21
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10