09:53 Bazar Ertəsi, 09 Dekabr 2019
İQTİSADİYYAT

Azərbaycan Beynəlxalq Bankı startapçı gəncləri mükafatlandırdı

14:50, 26.11.20194603
Azərbaycan Beynəlxalq Bankı startapçı gəncləri  mükafatlandırdı
Azərbaycan Beynəlxalq Bankının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə həyata keçirdiyi "Startap günləri” layihəsi uğurla başa çatıb.

AZXEBER.COM xəbər verir ki, Noyabrın 25-də "StartupFest 2019” tədbiri çərçivəsində layihənin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Mərasimdə startapçı gənclərə Azərbaycan Beynəlxalq Bankının da mükafatları təqdim olunub.

Xatırladaq ki, bu ilin aprel-iyul aylarını əhatə edən layihə çərçivəsində Bakı, Gəncə və Lənkəran şəhərində yerləşən 8 ali və 1 peşə təhsili müəssisəsində startap müsabiqələri təşkil olunaraq qalib komandalar seçilib. Layihənin bağlanış mərasimində isə qalib komandalar arasında final yarışı baş tutub. Yekunda mükafatlandırma mərasimi keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim edilib. Azərbaycan Beynəlxalq Bankının fəal dəstək verdiyi bu layihədə ümumən 1000-dən çox gənc iştirak edib.

"Startap günləri” layihəsinin məqsədi ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılmasıdır.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, bank innovativ təşəbbüslərin dəstəklənməsi üçün davamlı layihələr həyata keçirir: "Bu layihələr cəmiyyətimizin gələcəyinə qoyulmuş sərmayədir. Startap ideyalarına malik gənclərə kömək göstərməklə biz ölkəmizdə startap ekosisteminin inkişafına töhfə vermiş oluruq və bundan çox məmnunuq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

 

 


XƏBƏR LENTİ