19:49 çərşənbə Axşamı, 13 Noyabr 2018
İDMAN

Azərbaycan Bilyard İdman Federasiyası növbəti dəfə turnir keçirdi - FOTOLAR

15:22, 29.06.20183937
Azərbaycan Bilyard İdman Federasiyası növbəti dəfə turnir keçirdi - FOTOLAR
Azərbaycan Bilyard İdman Federasiyası 23 iyun 2018-ci il tarixində Bakı şəhərinin "EM" klubunda "Sərbəst Piramida" bilyard növü üzrə 12-21 yaşınadək gənclər arasında turnir keçirdi.
 
AZXEBER.COM xəbər verir ki, turnirdə Azərbaycanın müxtəlif regionlarından gənc bilyard idmançıları iştirak edib.
 
3 yer üzrə müəyyən olunan qaliblər:
 
3-cü yer - Əhmədov Kənan və Tutinçian Səid,
 
2-ci yer - Fəttayev Murad
 
1-ci yerin qalibi isə Haqverdiyev Mikayıl olub.
 
Qaliblər Azərbaycan Bilyard İdman Federasiyasının prezidenti tərəfindən imzalanmış xüsusi diplom və pul mükafatı ilə təltif edildilər.
 
Turnirin əsas məqsədlərindən biri Azərbaycanda bilyard idman növünün daha da kütləviləşdirilməsi və inkişaf etdirilməsi ilə bərabər, bu idman növünün gənclər arasında yayılmasıdır.
 
Bundan əlavə olaraq, əsas məqsədlərdən biri də, yaxın gələcəkdə ABİF tərəfindən yaradılmış bilyard təlim-məşq məktəblərinə Azərbaycan gənclərinin cəlb edilməsidir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

XƏBƏR LENTİ