15:05 şənbə, 15 Dekabr 2018
İDMAN

"Azərbaycan bizə və digər komandalara problem yarada bilər"- Rossi

22:05, 03.12.20182993
"Qrupumuz bundan yaxşı və ya pis ola bilərdi. Dünya çempionatında gümüş medal qazanan Xorvatiya kimi, çətin rəqibimiz var".
 
AZXEBER.COM xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan yığması ilə eyni qrupa düşən Macarıstan millisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri dəyərləndirərkən deyib.

54 yaşlı mütəxəssis yerli federasiyanın saytına açıqlamasında Slovakiya millisinin kağız üzərində favorit olduğunu söyləyib: "Amma oyun kağız üzərində qurulmur. Bizim arzumuz 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaqdır. Öz azarkeşlərimizin qarşısında Avropa çempionatında çıxış etmək istəyirik. Asan deyil, amma bu vəzifədən qorxmuram. Karyeramda heç nə asan olmayıb".

M.Rossi Azərbaycan milli komandası haqqında da fikirlərini bölüşüb: "Azərbaycan təkcə bizə deyil, eyni zamanda digər komandalara da Bakıda - öz meydanlarında problem yarada bilər. Bu ölkə son vaxtlar inkişaf edib. Biz hər bir komandanı qiymətləndirməliyik". 

Qeyd edək ki, Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.
XƏBƏR LENTİ