03:19 Bazar Ertəsi, 18 Dekabr 2017
SİYASƏT

Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçirilib

21:14, 17.11.2017153
Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçirilib
Noyabrın 15-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçirilib.
 
AZXEBER.COM xəbər verir ki,tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı və qida sənayesi, sənaye, maliyyə, İKT, tikinti, tekstil və xidmət sahəsində fəaliyyət göstərən 60-a yaxın iş adamı iştirak edib. İşgüzar görüşdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov son dövrlər Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şərait yaradılıb və Bosniya və Herseqovina iş adamları da bu imkanlardan yararlanmağa dəvət olunub.
 
Bosniya və Herseqovinanın Olovo şəhərinin meri cənab Cemal Memaqiç Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. Cemal Memaqiç yeni biznes əlaqələrinin qurulması baxımından işgüzar görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb, hər iki ölkənin iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
 
 
Sonra AZPROMO-nun əməkdaşı Mahmud Əliyev Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib.
 
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmiş, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunmuşdur.



0
XƏBƏR LENTİ