21:35 şənbə, 24 Fevral 2018
SİYASƏT

Azərbaycan bu il 5,1 mlrd. dollarlıq xam neft ixrac edib

19:29, 12.09.2017234
Azərbaycan bu il 5,1 mlrd. dollarlıq xam neft ixrac edib
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 13,270 mln. ton həcmində xam neft ixrac edilib.
 
AZXEBER.COM Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə xam neftin dəyəri 5,085 mlrd. dollar təşkil edib. Bu ilin ilk 8 ayında ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 39%, dəyəri isə 22% az olub. Xam neft Azərbaycanın ümumi ixracının 70,41%-ni təşkil edib.
0
XƏBƏR LENTİ