"Azərbaycan camaşırxanası": İlham Əliyevə aid olmayan yarımçıq sensasiya...-

08 Sentyabr 2017, 23:57
AAA

Eynulla Fətullayev, haqqın.az və virtualaz.org saytlarının rəhbəri

 

Bir neçə gün əvvəl informasiya meydanına növbəti "sensasiya bombası” atıldı. OCCRP saytında "Azərbaycan landromatı” adı altında tədqiqat peyda oldu. Stop!

Bir neçə həftə öncə İsrailin məşhur "Haaretz” qəzetində İlham Əliyevin və hakim ailənin üzvlərinin İsrail iqtisadiyyatına və daşınmaz əmlakına çoxmilyonluq investisiyaları barədə "sensasion jurnalist tədqiqatı” dərc edilmişdi. Adicə "xüsusi xidmət məlumatı”na daha çox bənzəyən sözdə "tədqiqat” ictimai fikirdə təşviş yaratdı.

Həmin məqalənin dərc edildiyi gün səhər tezdən kimsə Bakıdakı nəşrlərin hamısına nüfuzlu İsrail KİV-inin rezonans doğuran məlumatına keçidi yolladı. Lakin kütləvi və müxtəlif formalı informasiya hücumlarını, diversiyaları özündə ehtiva edən hazırki hibrid müharibəsi şəraitində acı təcrübəyə malik bədbin əhval-ruhiyyəli jurnalistlər adi "Google” axtarış sisteminin köməyi ilə buraxılmış dezinformasiyanın miqyasını öyrənməyə çalışdılar – İsrail KİV-indən başqa daha kim bu "səs-küylü” antikorrupsiya tədqiqatını tirajlayıb? "Google” sükutunu pozmadı.

Ermənilərin "Edaily” adlı əldəqayırma saytından başqa heç bir yerdə "sensasion” yazı barədə hər hansı məlumat yox idi. Belə məsələlərdə "bişməmiş” oxucu təəccüblənərdi: "Bu necə ola bilər axı?” Daha çoxunu deyə bilərəm – heç "Haaretz” nəşrinin özündə də Azərbaycan başçısının İsrail iqtisadiyyatına investisiyaları barədə heç bir məqalə yox idi. Buna baxmayaraq, Bakı redaksiyalarının poçtlarına atılmış keçid əvvəlki kimi işləyirdi.

Bir neçə saatdan sonra ixtisaslı jurnalistlər İT-mütəxəssislərin köməyi ilə məharətlə qurulmuş "tələ”ni aşkar edə bildilər. Hiyləgər feyk göz önündə idi. Sərt, alçaq, hiyləgər torların qurucusunun əsl mahiyyətini əks etdirən feyk. "Haaretz”in keçidinin güzgü versiyasının əsl İsrail qəzetinə heç bir aidiyyatı yox idi. Bu, sözün əsl mənasında saxtakarlıq, fitnə, təxribat idi... Daha sonra, axşama yaxın İsrail səfirinin, hökumət üzvlərinin və nəhayət, "Haaretz” redaksiyasının özünün səs-küylü bəyanatları gəlməyə başladı. Qəzet qəti şəkildə öz səhifələrində belə yazının olmadığını bildirdi və məlumatı təkzib etdi.

Cui prodest? Cui bono? – Şərq Bakısında Bizans xalçası altında yeni fitnəkar oyundan şübhələrlə asan olmayan Roma sualları səsləndi. Bu kimə sərf edir? Kim qazanır? Cavab gəlmədi. Gizli və mehriban düşmənin fitnəkar düşüncəsini kim aça bilərdi?

Cavab Bakıdan deyil, uzaq, dumanlı imperiya Albionundan – sehrli könüllərin və dünya pərdəarxasının müəmmalı işlərinin baş verdiyi məkandan gəldi. Heç də az nüfuza malik olmayan "The Guardian” (Qardian) Britaniya qəzetinin səhifələrində jurnalistlər Kremlin üzərinə qəddar hücuma keçərək, Rusiya hakimiyyətinin İT-tərəfdarlarını İlham Əliyevə qarşı informasiya diversiyasında ittiham etdilər. Bu cür sərt nəticəyə gəlmiş Britaniya jurnalistlərinin nəyə əsaslandığını güman etmək çətindir. Lakin ildırım sürətli və heç bir əsası olmayan hökmdən bir neçə həftə sonra elə həmin "Qardian”ın səhifələrində hansısa investisiyalardan bəhs edən analoji jurnalist tədqiqatı peyda olur və burada da nəyə görəsə Əliyevlər ailəsinin adı hallanır.

Bu dəfə söhbət İsrailə investisiyalardan və yəhudi siyasətçilərinin alınmasından deyil, bir neçə ofşor şirkətinin pullarından və Avropa siyasətçilərinin alınmasından gedir.

Tamamilə əsassız şəkildə, bu şirkətlərin, bəlkə də hökumət dairələrində təmsil olunan əsl sahibləri barədə bilərək, Britaniya nəşri öz səhifələrində prezidentin və onun ailə üzvlərinin ittiham edildiyi "tədqiqat”ı yerləşdirir.

Bu "istintaq”ın müəllifi kimi isə adı dillərdə olan konsorsium – "Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Tədqiqi üzrə Mərkəz” (OCCRP) kimi iddialı ad altında birləşmiş jurnalistlər konqlomeratı çıxış edir. Bir sözlə, dəyənəklə deyil, qələmlə silahlanmış "banotdel”. Bu Mərkəzdə toplaşmış xaotik jurnalistlər qarışığının əsl simasını və onlara verilmiş tapşırığı oxucuların daha yaxşı anlaması üçün həmin konsorsiumun bu yaxınlarda dərc etdiyi səs-küylü işlərdən birinin adını çəkim – "Makedoniya əks-kəşfiyyatında sızıntı...”

Bax belə - əks-kəşfiyyat sızıntılarında ixtisaslaşmış özünəməxsus bir jurnalist xəlitəsi. Hansı ölkənin? MKİ-nin? FTX-nin? Mossadın? Almaniya kəşfiyyatının? ETTELAAT-ın? Bunu xüsusi araşdırmaq lazımdır, çünki söhbət kifayət qədər xaotik əlaqələrdən gedir...

Belə görünə bilər ki, jurnalist qrupu Azərbaycanın siyasi rəhbərliyini birbaşa ittiham edən iddialı məqalə ilə çıxış edir, lakin bununla bərabər, eyni zamanda müəlliflərdən biri – Xədicə İsmayılova (sonradan məlum oldu ki, onun müəllifliyi yalnız bir neçə qondarma firma direktorlarını axtarmaqdan ibarət olub) Sorosa məxsus "Hazırkı zaman” nəşrinə müsahibəsində açıq şəkildə etiraf edir: "Bahalı firmaların istehsalı olan mebellər, qiymətli zinət əşyaları, hansısa məşhur firmaların paltarları alınıb. Sifarişi konkret olaraq kimin etdiyini dəqiqləşdirmək mümkün olmadı, daha ciddi tədqiqat lazımdır. Təəssüf ki, bu tədqiqat o qədər də alınmır, çünki mühasibat hesabları barədə bütün informasiya jurnalistlər üçün əlçatmazdır”. Stop!

Sualın qoyuluşuna diqqət yetirin: TƏDQİQATIN "müəlliflərindən biri” açıq şəkildə etiraf edir ki, bu tədqiqatda bir çox şeyləri dəqiqləşdirmək mümkün olmayıb və DAHA CİDDİ TƏDQİQAT LAZIMDIR. Soruşan lazımdır ki, jurnalist məsuliyyəti ilə özünün apardığın tədqiqatın qeyri-təkmilliyi və sona çatdırılmaması barədə açıq etiraf necə uzlaşır? Bu da sizə sətiraltı, daha dəqiq desək, həmin bu jurnalist qrupunun qarşısına atılmış siyasi sifariş.

Daha bir heç də az əhəmiyyətli olmayan arqument. Qanlı müharibələr dünyanı bürüyüb. Yaxın Şərq xalqlarının faciəsi, Myanmada soyqırımı, Aİ-də Breksitlə və Avropa paytaxtlarında milli vətənpərvərlərin paradı ilə şərtlənmiş siyasi böhran... Nəyə görəsə Britaniya dövri mətbuatı bəşəriyyətin qlobal problemlərini diqqətdən kənarda saxlayaraq, bütün qüvvəsini Azərbaycandan olan hansısa məmurlarla bağlı bir-iki ofşor şirkətinin fəaliyyətinin tədqiqinə yönəldir!

Jurnalistlər bütün hədəf oxlarını prezidentə və onun ailəsinə yönəldir, halbuki X.İsmayılova gizlətmir ki, "pullar yuyulub və oliqarxların ailələrinə bağlı ofşor şirkətlərin hesablarına köçürülüb, bir hissəsi isə hansısa dəbdəbəli əşya alışlarına xərclənib”. Hansı oliqarxların? Onların ailə üzvlərinin adı varmı? Nəyə görə jurnalistlər diqqəti hesabların sahiblərinə deyil, prezidentə yönəldir?

Daha bir nüans: İsmayılova qondarma firmaların direktorlarını... feysbuk messenceri vasitəsilə axtarır və bununla birlikdə hündürdən bəyan edir ki, firma direktoru öz kəndindən kənara çıxmamış savadsız adamdır. Azərbaycan jurnalistikasının belə hədyanlara yol verən düşkün qadını dövlət başçısını ittiham etmək kimi cürəti öz üzərinə götürür! Xədicə ciddi fikir yürütmək hüququnu çoxdan itirib. Onun bütün publik çıxışları xəstə reaksiyasıdır, özünün natamamlığını ört-basdır etmək istəyidir, impulsivlikdir, özünü qeyri-stabil qiymətləndirmədir, ağılsız yalandır, özünün iri bədənini və elə həmin cür iri ictimai fikri lərzəyə gətirməyə qeyri-insani tələbdir.

Belə çıxır ki, prezidenti sifariş ediblər? Və əks-kəşfiyyatın qarşılarına tulladığı bəzi ofşor şirkətlərinin quru adlarından baş çıxarmadan, necə olursa olsun imperializmin keşikçi köpəkləri suveren dövlətin rəhbərliyini tənqid edir?

Qayıdaq əzəli Roma suallarına - Cui prodest? Cui bono? İlk növbədə, əks-kəşfiyyatın kabinetlərində tələm-tələsik hazırlanmış məlumatın yayılması əlamətdar hadisənin – yeni Əsrin müqaviləsinin imzalanmasının ərəfəsinə təsadüf edir.

Sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə daha bir müqavilənin imzalanması gözlənilir. 23 il əvvəl olduğu kimi, yeni müqavilədə də Amerika şirkətləri əsas rola malikdir.

O vaxt, az qala dörddə bir əsr əvvəl nəhəng müqavilənin imzalanmasına bir neçə gün qalmış Bakının mərkəzində atəş səsləri eşidildi, partlayışlar baş verdi, tank tırtıllarının səsi duyuldu və Əliyevin suveren dövlətçiliyinin üzərini təhlükə aldı. Damokl qılıncı kimin idi? Qılıncın tiyəsini tutan əl Azərbaycanla Qərbi birləşdirən telləri son qüvvəsi ilə parçalamaq istəyənlərin əli idi. Bəs bu gün dövlətin qəlbinə dirənmiş qılınc kimin əlindədir? Başa çatmamış tədqiqatların tirajlandığı Qərbdə, yoxsa başqa paytaxtlarda? Həmişəki kimi, alçaq hərəkətdə dünya ermənilərinin də əli var...

Düşüncələrimi davam etdirərək, qeyd edim ki, hazırda Azərbaycanla ABŞ-ın yeni prezidenti Trampın administrasiyası arasında heç vaxt olmadığı qədər mehriban münasibət formalaşıb. Elə deyilmi?! Trampın prezident İ.Əliyevə ünvanladığı xoş və isti sözlər hələ də yadımızdadır. Bəs bu "əks-kəşfiyyat sızıntısı”nın arxasında kim dayanıb? Amerika administrasiyası? İnanmıram!

Yüksək rütbəli Azərbaycan məmurları dövlət-adam hesab edilən Corc Sorosu, Amerika hakimiyyətinin bəzi qollarını və dünya ermənilərinin nümayəndələrini ittiham edir. Nəyə görə Soros? Ən azı ona görə ki, OCCRP Mərkəzi layihəsinin əsas sponsoru odur.

Hazırda birjalar çökdürən, banklar sındıran və bir çox ölkələrin iqtisadiyyatını viran qoymuş, sonradan isə özünə sərf etməyən prezidentləri uzun sürən qarışıqlığa gətirib çıxaran cəllad xislətli rəngli inqilablar vasitəsilə devirən qorxunc və qəbirqazan Sorosla yanaşı, layihənin əsas sponsorlarının arasında ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf üzrə Hökumət Agentliyi (USAİD) var.

Azərbaycan hökumətinin böyük hissəsi əmindir ki, "əks-kəşfiyyatın qeyri-təkmil sızıntısı” Obamanın əvvəlki administrasiyasının Dövlət Departamentinin və Konqresin orta təbəqəsində təmsil olunmuş davamçılarının işidir və bunu Azərbaycan prezidenti administrasiyasının nümayəndələrinin qəzəbli bəyanatları da göstərir.

Obamanın hakimiyyəti dövründə Amerika administrasiyası Azərbaycana açıq düşmən mövqedən çıxış edirdi və status-kvonu dəyişərək, istənilən yola sosial-siyasi kollaps yaratmaq cəhdlərini gizlətmirdi.

Azərbaycanla mübarizənin baş ideoloqu, odioz və ekssentrik Viktoriya Nuland Amerika ermənilərinin müttəfiqlərindən biri olan dövlət katibi Con Kerrinin dəstəyi ilə (Qarabağ münaqişəsinin lap əvvəllərindən gələcək senator və dövlət katibi Con Kerri Azərbaycanın parçalanmasının qatı tərəfdarı idi, bunu Kerrinin Qarabağın ermənilərə verilməsinə dair Qorbaçova göndərdiyi məktub də təsdiq edirdi - müəl.) 2013-cü ilin prezident seçkiləri ərəfəsində Bakıda feysbuk inqilabının nəzəriyyəçisinə çevrildi. Əgər Bakı hakimiyyəti Amerikanın inqilabi demokratiya institutlarının nəzdində yaradılan gizli dairələrdə ortaya çıxmış feysbuk inqilabının qarşısını vaxtında almasaydı, Nuland Kreşatikdə yox, Bakının Fəvvarələr meydanında bublik paylayacaqdı.

Lakin "milli demokratlarla” birləşmiş başıpozuq gəncləri kortəbii inqilabi cəhdi yeni faciəyə çevrildi və dünya permanent inqilabi nəzəriyyəçilərini növbəti dəfə məyus etdi. Tezliklə həmin inqilabın əsgərcikləri YAP-ın partiya kitabçaları ilə silahlanıb partiya və hökumət işinə sədaqətə and içdilər. Nulandın ayaqları altında yer qaçdı - inqilab cəhdi siyasi sistemin tam demontaj olunmasına və oriyentasiyasını dəyişməsinə gətirib çıxardı, hökumət Amerika səfirini yarımçıq geri göndərdi və Vaşinqtonun dəstəklədiyi bütün gizli inqilab yuvalarını yerlə bir etdi.

Biz bu layihənin baş sponsoruna - Sorosa qayıdaq. Hələ 2015-ci ildə Sorosun Davos Forumunun kuluarlarında prezident İlham Əliyevlə görüşündə "rəngli inqilabların” Bakıdakı başlıca beşiyinə - Açıq Cəmiyyət İnstitutunun fəaliyyətinin bərpasına dair xahişi haqda yazmışdıq. Lakin prezident Sorosun təklifini rədd etdi və inqilab xaosunun ölkəyə geri qaytarılması cəhdlərinə yol vermədi. Soros qisas alacağını vəd etdi. Budur, bu günə qədər də qisas alır. Azərbaycan hakimiyyətinə qarşı hücumun bu yeni dalğası Avropa Oyunları ərəfəsində informasiya təcavüzünü xatırladır. Dəst-xətt də eynidir! Hədəflər də!

Xatırladıram ki, Davosdakı həmin cəhdin iflasa uğramasından sonra Soros qapıları bərk çırpmağa qərar verdi, demarşla çıxış etdi və danışıqların detallarını öz bildiyi kimi interpretasiya edib yaydı. Görürsünüzmü, imperialist Cənubi Qafqazın bu kiçik ölkəsində insan haqları ilə bağlı vəziyyətdən necə narahat imiş.

Tamamilə ağlabatandır ki, bu dələduz maliyyəçinin dünyagörüşü Soros Fondunun proqramlarından birinin - Amerika ermənilərinin tanınmış nümayəndələrindən biri olan Yervand Şirinyanın rəhbərlik etdiyi "Open Society Human Rights” təşkilatının hesabatı əsasında formalaşıb. Lakin bu gün söhbət Şirinyandan getmir. "Laundromart”ın müəlliflərində işlər nəsə pis alınıb...

Soros Tramp administrasiyası ilə qarşıdurmaya girib. Amerika mətbuatı "real-politic”in bu iki sütunu arasında gedən sərt və açıq mübarizənin dramatik təfərrüatlarını açıb tökür. "Moral-politic”in dəyərləri ilə açıq-aşkar hoqqabazlıq edən Sorosun ABŞ prezidentinə qarşı düşməncəsinə hücumlarından və insunasiyalarından bəhs edir. Və məhz Trampın hakimiyyətə gəlişindən sonra Amerika Azərbaycandakı nüfuzunu və bir vaxtlar güclü olan təsirini qaytarmağa başlayıb. Söhbət başqa Amerikadan gedir, Soros yox, Tramp Amerikasından.

Diqqət yetirin, bir ildən də az vaxtda Bakı artıq ikinci dəfədir yüksək hərbi komandanlıq səviyyəsində Amerika-Rusiya danışıqları üçün meydança olub. Azərbaycanın beynəlxalq nüfuzu yüksəlir və bunda Tramp administrasiyası ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin də rolu var. Belə vəziyyətdə Soros Əliyev hakimiyyəti ilə ABŞ arasında yeni qarşıdurma illüziyası yaratmağa cəhd eləməsin, bəs nə etsin?! Strategiya məhz bundan ibarətdir ki, Azərbaycanı Qərbin təsir orbitindən çıxarsınlar, onun Qərbdə "yarıkriminal və mütləqiyyət dövləti” obrazını yaratsınlar, onun ancaq regional dövlətlərlə ittifaqa ümid edə biləcəyi fikrini aşılasınlar...

İlham Əliyevin Brüsselə və Münhenə çoxdan gözlənilən mühüm səfərlərindən sonra Sorosun bu təxribatını başqa necə qiymətləndirmək olar?

Ortaya çıxan başlıca nəticə: bu primitiv və ümumən aşağı səviyyəli araşdırmanın əsas hədəfi vitse-premyerlərdən birinin diş həkiminə müraciəti və Ayaz Mütəllibovun prezidentliyi dövrü daxili işlər nazirinin oğlu Rasim Əsədovdur. Və bu dumanlı epizodları prezident və onun ailəsi ilə bağlamağa yönəlmiş miskin cəhdlərin məqsədi Azərbaycanın ABŞ, Avropa İttifaqı və bütövlükdə Qərblə münasibətlərinin normallaşmasına mane olmaqdır.

Və indi Azərbaycanın əks-kəşfiyyatı üçün bu çoxgedişli kombinasiyanın əsl məqsədini ortaya çıxarmaq növbəsi çatıb. Axı Xədicə ilə yanaşı jurnalistlərin müqəddəslərin müqəddəsinə əl qaldıran bu qəribə konqlomeratında jurnalistikaya dəxli olmayan olduqca qəribə personajlar da var - hansısa İlqar Ağa, hansısa Mədinə Məmmədova, Leyla Afşar. Hərçənd Xədicənin dediyi kimi, hələ tamamlanmamış bu hesabatın müəllifləri arasında biz bundan da az qalmaqallı olmayan situasiyalarda üzə çıxanları da görürük. Söhbət rumın jurnalisti Pol Radadan gedir.

Rumıniyanın özündə o kriminal qruplaşmaların maliyyələşdirdikləri nəşrlərlə əməkdaşlıq edən mafioz kimi tanınır. Bosniyalı mühəndis-jurnalist Dryu Sallivanın bioqrafiyası haqda biz növbəti məqalələrimizdə bəhs edəcəyik.

Lakin bu cinsi bilinməyən qrupun üzvləri arasında yaxşı tanıdığımız Dina Nahapetyantsın şəxsiyyətinə diqqət yetirmək lazımdır. İsmayılova kimi (yadınızdadırmı, ermənilər Hollivud aktyoru Corc Kluninin arvadı Amal Klunini Xədicənin müdafiəsinə necə qoşmuşdular? Axı məhz Amal Kluni Ermənistanın Avropa Məhkəməsində rəsmi müdafiəçisi idi), Nahapetyants da Ermənistan prezidenti Serj Sərkisyanın ailə üzvlərinin qarışdığı səs-küylü qalmaqalları görmək istəmir. Axı elə bu günlərdə FTB ABŞ-da Serj Sərkisyanın qardaşı Saşiklə əlaqəli olan erməni mafiyasına qarşı əməliyyat keçirdi. Lakin Nahapetyants və İsmayılova bu haqda bir kəlmə də bəhs etməyiblər.

Sual yaranır - nəyə görə Xədicənin və Nahapetyantsın başçılıq etdiyi jurnalist konqlomeratı digər avropalı siyasətçilərin Qarabağa cinayətkar səfərlərinin maliyyə mənbələrini araşdırmır? Karolina Koks, konqresmen Frenk Pallone, avrodeputatlar Fransua Roşbulan, Yaromir Ştetina, Tomas Rudi, Enrike Komninq, Holger Arppe və heç kimin tanımadığı separatçı kvazidövləti ziyarət edən başqaları hansı mənbələrdən maliyyələşir? Nə vaxtdan bəri avropalı vergi ödəyicilərinin pulları səhra komandirlərinin və yarıkriminal quruluşların ictimai dəstəklənməsi üçün sərf olunur? Korrupsiyanı və mütəşəkkil cinayətkarlığı araşdıran bu jurnalist Mərkəzinə avrodeputatların kriminal səhra komandirləri ilə korporativ maraqlarını tədqiq etməyə nə mane olur?

Bu sual digər məşhur jurnalist və etnik erməni, Rusiyanın RİA "Novosti” mediaholdinqinin başında dayanan Marqarita Simonyana da ünvanlana bilər. Və bu rusiyalı jurnalist Sərkisyan ailəsinin qarışdığı səs-küylü qalmaqalları görmür, amma informasiya məkanında qərb konsorsiumunun Azərbaycan barədə uydurmalarını tirajlayır.

Budur, sizə təzə nümunə. Nə vaxtdan bəri Rusiya KİV-ləri ABŞ Dövlət Departamentinin jurnalistlərin təqib olunmasına dair bəyanatını tirajlayır? Dövlət Departamenti dünyanın yüzlərlə ölkəsinə dair yüzlərlə belə bəyanatlar yayır. Lakin RİA "Novosti” təkcə Azərbaycan barədə bəyanatı tirajlayır. Yenə erməni konteksti və ya paspojrtunda erməni familiyası olan hansısa rusiyalı məmurun kabinetindən alınan işarə? Və bu məsələyə Azərbaycan hakimiyyəti cavab verməli olacaq.

Burada RİA "Novosti”yə daha bir məntiqi sual yaranır. Axı bu informasiya diversiyasının hədəfləri arasında "Rosoboroneksport”da var. O zaman Rusiyanın silah ixracı nəhəngi Simonyanla RİA-nı görəsən niyə narazı salıb? Axı onlar öz əlləri ilə Rusiyanın əsas ixracatçılarından birinin imicinə zərbə vururlar. Belə necə ola bilər axı? Və biz yenidən erməni mənşəli rusiyalı məmurlarla Rusiyanın milli-dövlət maraqları arasında münaqişənin şahidi oluruq!

Nəhayət, sonuncu sual! Azərbaycan bu suallar məcmusundan çıxan ən başlıca məsələyə də cavab verməlidir. Hansı ki, bunu bir vaxt Tramp qaldırmışdı. ABŞ prezidenti OCCRP-nin də başlıca sponsorlarından olan USAİD-in büdcəsinin kəskin ixtisar olunmasına dair mühüm təşəbbüslə çıxış etmişdi. O zaman nəyə görə Azərbaycan hökuməti Trampın bu təşəbbüsünü dəstəkləməsin və amerikalı vergi ödəyicilərinin pullarını yarımçıq "sensasion hesabatlara” səpələyən bu agentliyin nümayəndəliyini bağlamasın?!

USAİD-lə SEDA layihəsi çərçivəsində əməkdaşlıq onsuz da bu il başa çatır...

Azərbaycanın əks-kəşfiyyatı bu haqda düşünməlidir.


Oxunma sayı : 880

SON XƏBƏRLƏR
“Bizim ölkəyə bu qədərmi kiçik baxırlar?” - Qurban Qurbanov - 23 Noyabr 2017, 01:19
“Hakimə dedim ki, penalti verirsənsə...” - Rəşad Sadıqov - 23 Noyabr 2017, 01:17
Tanınmış telejurnalist dünyasını dəyişdi - 23 Noyabr 2017, 01:07
"Çelsi"nin baş məşqçisi: "Hakim gərək oyunu bitərəf idarə etsin" - 22 Noyabr 2017, 23:59
““Qarabağ”a lağ edənlərə sillə kimi cavab” - Türkiyə mətbuatı - 22 Noyabr 2017, 23:48
''Qarabağ"a qarşı hakim haqsızlığı - VİDEO - 22 Noyabr 2017, 22:38
İsmayıllıda iki mərtəbəli velosiped — VİDEO - 22 Noyabr 2017, 22:16
Tanınmış jurnalistə kömək lazımdır: Xərçəngə birlikdə qalib gələk - 22 Noyabr 2017, 21:47
"Qarabağ" "Çelsi"yə uduzur — YENİLƏNİR - 22 Noyabr 2017, 21:21
İlham Əliyev NATO qərargahına baş çəkəcək - 22 Noyabr 2017, 21:03
Qış Azərbaycana nə vaxt gələcək? - 22 Noyabr 2017, 20:52
Qızılgül və qərənfil üçün idxal rüsumu alınacaq - 22 Noyabr 2017, 20:35
"Görsə ki, əlimdə telefon var, evim yıxıldı" - Xatirənin əri ilə bağlı etirafları - 22 Noyabr 2017, 20:11
58 nəfər bir motosikletdə - Dünya rekordu + Video - 22 Noyabr 2017, 19:53
Bakıda dərs zamanı məktəb binasının damı uçdu - FOTO - 22 Noyabr 2017, 19:35
Azərbaycanda yaşayan ermənilərin sayı açıqlanıb - 22 Noyabr 2017, 18:31
Şenol Günəş “Qarabağ”-“Çelsi” oyununa gəlir - 22 Noyabr 2017, 18:18
Manatın sabaha MƏZƏNNƏSİ - 22 Noyabr 2017, 18:03
Xəzərdə zəlzələ - 22 Noyabr 2017, 17:51
“Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin xanımı - 22 Noyabr 2017, 17:35
Ayı ovçuları həbs edildi - 22 Noyabr 2017, 17:21
“Qarabağ”ın gəncləri “Çelsi” ilə bacarmadı - 22 Noyabr 2017, 17:15
"Dollarla kredit götürən vətəndaşlar, onların qaytarılmasında problemlə üzləşib"- Qənirə Paşayeva - 22 Noyabr 2017, 16:58
“Saytlara 1 milyon ayrılsın” - Əflatun Amaşovdan təklif - 22 Noyabr 2017, 16:34
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! - 22 Noyabr 2017, 16:21
"Səfirlərimiz sürücülük edirlər" - Millət vəkili - 22 Noyabr 2017, 16:15
Qızını texnikuma düzəltmək üçün 6 min manat verdi - 22 Noyabr 2017, 16:08
Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi - 22 Noyabr 2017, 16:07
Qız sosial şəbəkədə tanış olduğu oğlan tərəfindən zorlandı – TƏFƏRRÜAT - 22 Noyabr 2017, 15:53
Anar Nağılbazın keçmiş xanımı: Uşaqlarına baxmır, kirayələrdə qalmışıq - 22 Noyabr 2017, 15:38
"Bu gün icbari tibbi sığorta həllini gözləyən ən vacib problemlərdən biridir" - 22 Noyabr 2017, 15:20
"Yüksək Səviyyəli Afina Toplantısı çox aktual mövzuya həsr olunub" - Əli Həsənov - 22 Noyabr 2017, 15:17
Məcburi köçkünlərə verilən dondurulmuş əmək haqqı niyə dayandırıldı? - 22 Noyabr 2017, 15:12
"Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər" - Ərdoğan - 22 Noyabr 2017, 14:50
Baş konsul Batuminin meri ilə görüşdü - 22 Noyabr 2017, 14:21
“Oğlumun toyunu görmək üçün xərçəngdən möhlət istəyirəm" - Fuad Poladov - 22 Noyabr 2017, 14:16
Rasim Balayev müalicə üçün Türkiyəyə getməyəcək - 22 Noyabr 2017, 14:04
Həkimlərin maaşı artırılsın – Deputatdan təklif - 22 Noyabr 2017, 13:33
"Xəzər" TV-də gözlənilməz olay: Aparıcı sevdiyi qıza canlı efirdə evlilik təklifi etdi (VİDEO) - 22 Noyabr 2017, 13:29
“Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır - 22 Noyabr 2017, 13:24
Azərbaycanda daha bir ana ölümü - 22 Noyabr 2017, 13:18
Milli Məclisin deputatı qiymət artımına etiraz etdi: "Bizdə qiymət qalxdısa enmir" - 22 Noyabr 2017, 12:55
Özündən 40 yaş böyük ərini öldürüb, kanalizasiyaya atdı - 22 Noyabr 2017, 12:39
3 uşaq atası tanış olduğu qızı 21 gün boyunca kəmərlə döyüb, təcavüz etdi - FOTO - 22 Noyabr 2017, 12:25
Regionlarda saglam həyat tərzinin təbliginə balşanılıb - 22 Noyabr 2017, 12:21
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10