07:26 çərşənbə, 18 Sentyabr 2019
İDMAN

Azərbaycan çempionu lezbiyan olduğunu etiraf etdi

10:44, 18.05.201911791
Azərbaycan çempionu lezbiyan olduğunu etiraf etdi
Qadın voleybolçulardan ibarət Polşa yığmasının üzvü Katarjina Skorupa maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.

AZXEBER.COM matc.az-a istinadən xəbər verir ki, 35 yaşlı idmançı lezbiyan olduğunu etiraf edib.

Vaxtilə Azərbaycanda "Rabitə" klubunda oynamış Skorupa ötən il həmcinsi olan italyan voleybolçu Paola Eqonu ilə öpüşmə şəkli İtaliya mətbuatında yayılmışdı. Eqonu ilə ayrıldığını söyləyən Katarjina ondan əvvəl də qadın sevgilisinin olduğunu deyib.

O, lezbiyan olduğunu əvvəllər açıqlamamasının səbəbini ona belə bir sualın verilməməsində görüb. Skorupa lezbiyan olduğu üçün hər zaman ayrı-seçkiliyə məruz qaldığını və bu vəziyyətin Polşada insanlara narahatlıq verdiyini vurğulayıb: "Ayrı-seçkilik olduğunu hiss etdim və bu gün də bunlar olur. Polşadakı yeganə lezbiyan voleybolçu mən deyiləm. Sadəcə, digərləri bu problemləri yaşamamaq üçün gizli saxlayır. Bunun nəticələri adətən ağır olur. Sponsorun geri çəkilməsi ilə yaranan maddi problemlər, klubdan uzaqlaşdırılma... Milli komandadakı yerini itirməmək üçün homoseksualizm haqqında danışa bilməyən oyunçular tanıyıram".

Qeyd edək ki, 2012-2014-cü illərdə ölkəmizdə "Rabitə"nin formasını geyinən Katarjina Skorupa ikiqat (2013, 2014) Azərbaycan çempionudu.
XƏBƏR LENTİ