21:54 Bazar Günü, 21 Oktyabr 2018
İDMAN

Azərbaycan cüdoçuları Avropa Kubokunda daha bir medal qazanıb

22:27, 04.02.2018681
Azərbaycan cüdoçuları Avropa Kubokunda daha bir medal qazanıb

Bolqarıstanın Sofiya şəhərində keçirilən cüdo üzrə açıq Avropa Kubokuna yekun vurulub. 

Azərbaycan yığması son gündə daha bir medal əldə edib.

+100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb.

Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib. 

Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıblar. Beynəlxalq turnirin ilk günündə Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub.

oxu.az
XƏBƏR LENTİ