00:17 Cümə, 19 Iyul 2019
SOSİAL

Azərbaycan Dillər Universitetinin məzunları 30 il sonra görüşdülər - FOTO

00:59, 19.06.201910897
Azərbaycan Dillər Universitetinin məzunları 30 il sonra görüşdülər - FOTO
Azərbaycan Dillər Universitetindən 30 il öncə məzun olan 40-a yaxın  tələbələsi universitetin əsas binasında bir araya gəliblər.

AZXEBER.COM-un məlumatına görə,  görüşə 1989-cu ildə məzun olan bir qrup müəllim heyəti qoşulub. Hazırda respublikanın bir çox bölgələrində çalışan xarici dil müəllimləri arasına illərdir bu sahədə ixtisaslaşmış peşəkar mütəxəssislər də yer alıb.

Universitetin binasına daxil olan məzunlar 30 il öncəki tələbəlik xatirələrini xatırlayıb, çıxışlar ediblər. İlk olaraq illər öncə əyləşdikləri partada oturan məzunlar, daha sonra akt zalında keçirilən tədbirdə çıxışlar ediblər. Yeni məzunlara uğurlar arzu edən universitetin keçmiş tələbələri onlara şərəfli müəllimlik həyatı arzulayıblar.

Aralarında dünyadan köçən məzunların olduğu xatırlanıb və onların əziz xatirələri  tələbə yoldaşları tərəfindən yad edilib. 

Çıxışçılar universitetin müasir təhsilimizdəki danılmaz rolunu və bu gün ADU-nun savadlı kadrlar istehsal edən təhsil ocağı kimi tanındığını dilə gətiriblər. 

Tələbəlik illərini kövrək xatirələrlə yad edən məzunlar sonda göstərdikləri xoş diqqətə görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər. 

Görüşdən sonra universitetin həyətində xatirə şəkili çəkilib.
 

XƏBƏR LENTİ