08:04 Bazar Günü, 17 Dekabr 2017
SİYASƏT

Azərbaycan Əfqanıstana 50 hərbçi göndərdi

19:23, 10.10.2017255
Azərbaycan Əfqanıstana 50 hərbçi göndərdi
NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
 
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
 
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir. 
0
XƏBƏR LENTİ