18:13 çərşənbə, 12 Dekabr 2018
İDMAN

Azərbaycan Farer adalarına qalib gəlir

22:35, 17.11.20185461
Azərbaycan Farer adalarına qalib gəlir
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

AZXEBER.COM xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək. Yeni təsis edilən yarışda D Liqasında yer alan milli pley-off mərhələsinə yüksələmək və AVRO-2020-yə vəsiqə qazanmaq şansını saxlamaq üçün 3-cü qrupda birinci yeri tutmalıdır. Bu baxımdan son iki görüş həlledici xarakter daşıyır.

Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3 cavabsız qolla üstələməyi bacarıb. Oktyabrın 12-də Torshavnda baş tutmuş görüşdə Riçard Almeyda dubl etdiyi halda, Dimitri Nazarov bir qol vurub.

Farer adalarına gəlincə, skandinaviyalılar ilk qarşılaşmada Maltanı 3:1 hesabı ilə məğlub etsələr də, ardınca Kosovoya 2, Azərbaycana isə 3 cavabsız qolla uduzublar. Son turda Kosovo ilə evdə 1:1-lik bərabərə qalan farerlilər 4 xalla 3-cü sıradadırlar. Hazırda 3-cü qrupun lideri 8 xala malik Kosovodur. İkinci yerdəki Azərbaycanın 6, son sıradakı Maltanın 2 xalı var. Bu gün Azərbaycan evdə xal itirərsə, Kosovo səfərdə Maltaya qalib gəlməklə pley-offa vəsiqəni təmin edə bilər. Ona görə də milli Bakıda mütləq qalib gəlməli, 1-ci yerin taleyini Kosovo ilə səfər oyununa saxlamalıdır.
 
UEFA Millətlər Liqası
D Liqası, III qrup
V tur

17 noyabr
21.00 Azərbaycan - Farer adaları 2:0
Qollar: Dmitri Nazarov, 18. Mahir Mədətov, 28.
Azərbaycan: 1. Kamran Ağayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 21. Təmkin Xəlilzadə, 2. Qara Qarayev,  7. Araz Abdullayev, 13. Dmitri Nazarov,  17. Mahir Mədətov, 20. Riçard Almeyda, 16. Rüfat Dadaşov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahat Ağayev, 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
Farer adaları: 1. Qunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atli Qreqersen, 5. Raqnar Nattestad, 6. Hallur Hansson, 8. Brandur Hendriksson, 9. Gilli Rolantsson, 10. Solvi Vatnhamar, 15. Odmar Faero, 19. Roqvi Baldvinsson, 21. Klamint Olsen.
Ehtiyat oyunçular: 12. Teitur Gestsson, 23. Kristian Yoensen, 2. Maqnus Eqilsson, 7. Kay Bartalstovu, 11. Heyni Vatnsdal, 13. Arni Frederiksberq, 14. Meynhard Olsen, 17. Qunnar Vatnhamar, 18. Yoqvan Rua Davidsen, 20. Yoannes Byartalid, 22. Yakup Tomsen.
Baş məşqçi: Lars Olsen.
Hakimlər: Dimitrios Masias, Marios Kalogiru, İoannis Lazaru, Omiros Tsiortsis, Vasilis Dimitriu, Lukas Sotiryu (Cənubi Kipr).
Hakim-inspektor: Volodimir Petrov (Ukrayna).
UEFA nümayəndəsi: Yaroslav Dudl (Çexiya).
Bakı Olimpiya Stadionu.
XƏBƏR LENTİ