02:21 Cümə Axşamı, 18 Iyul 2019
TOP4

Azərbaycan Formula 1-in vaxtını dəyişmək istəyir

11:10, 25.04.20195449
Azərbaycan Formula 1-in vaxtını dəyişmək istəyir
Azərbaycan Formula 1 Qran Prisi yarışlarının keçirilməsi vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır.
 
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib: "Hazırda Formula 1 yarışları 21 mərhələdən ibarətdir. İlk yarış ölkəmizdə iyun ayında keçirilib. Gələcək illərdə də yarışların iyun ayında aparılması üçün danışıqlar aparılır. Hazırda 4 ölkə Qran Pri yarışlarının keçirilməsi üçün növbə gözləyir".

Xatırladaq ki, Bakıda 26-28 aprel tarixlərində Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.
XƏBƏR LENTİ