20:38 Bazar Ertəsi, 22 Aprel 2019
SİYASƏT

Azərbaycan İrana yardım göndərdi - Foto

10:29, 10.04.20195248
Azərbaycan İrana yardım göndərdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar cari ilin aprel ayının 10-da bu ölkəyə humanitar yardım yola salıb.

AZXEBER.COM xəbər verir ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpiller” və "Komatsu” markalı 2 ədəd ekskavator daxildir.

 

 



XƏBƏR LENTİ