Azərbaycan Jurnalistlər Şəbəkəsi: Erməni lobbisi medianı hədəfə almaqda davam edir

Azərbaycan Jurnalistlər Şəbəkəsi: Erməni lobbisi medianı hədəfə almaqda davam edir
MEDIA
19:14 14.11.2020
731

Ermənistanın işğalçılıq siyasətini, təcavüzkarlığını, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı təxribatlarını, terror aktlarını ifşa edən, ölkəmizin ədalətli mövqeyini işıqlandıran xarici media orqanları erməni lobbisi tərəfindən hədəfə alınır, onlar ölümlə təhdid edilir. Erməni lobbisi hətta neytral, balanslı mövqe nümayiş etdirən, onların maraqlarına cavab verməyən medianı, siyasətçiləri, ictimai fəalları hədəfə almaqda davam edir. Ən qəribəsi odur ki, bu yolverilməz hallar, əsasən Avropa ölkələrində yaşanır.

Bu sözlər Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyevin Ermənistan və erməni lobbisinin söz azadlığını boğmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri haqqında hesabatında yer alıb.

Qeyd edilib ki, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. İşğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və yaxınlıqdakı yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından istifadə etməklə intensiv atəşə tutub, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilər olub. Beynəlxalq hüquqa, xüsusən özünümüdafiə hüququna əsaslanaraq Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərində əks-hücum əməliyyatına başlayıb. 44 gün davam hərbi əməliyyatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 

"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin dövlət başçılarının işğal olunmuş ərazilərdə status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına baxmayaraq, Ermənistan hökumətinin destruktiv hərəkətlərinin məqsədi status-kvonun saxlanılması idi. Azərbaycan həmişə münaqişənin danışıqlar masası arxasında həll edilməsinə sadiq olub. Ancaq Ermənistan qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesini pozub. Belə ki, Ermənistan son bir ayda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səyləri nəticəsində əldə olunmuş humanitar əsaslarla atəşkəs rejimini üç dəfə kobud şəkildə pozub. Rusiya Federasiyası Prezidentinin təşəbbüsü ilə xarici işlər nazirlərinin Moskva razılaşmasından cəmi bir gün sonra – oktyabrın 11-i gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncədəki yaşayış məntəqələrinə raket hücumu həyata keçirib. Ermənistan silahlı qüvvələri kaset və fosfor bombaları kimi qadağan olunmuş silah-sursat növlərindən istifadə edərək, Azərbaycanın cəbhə bölgələrini davamlı top atəşi altında saxlamağa davam edib. Döyüş bölgəsindən kənarda yerləşən məntəqələrə də raket zərbələri endirilib. Azərbaycanda minlərlə yaşayış evi və yüzlərlə mülki infrastruktur obyekti, o cümlədən çox sayda məktəb və uşaq bağçası dağıdılıb və zədələnib. Mingəçevir şəhərində Cənubi Qafqazın ən böyük İstilik Elektrik Stansiyası Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb”, - deyə hesabatda bildirilib.

A.Mirzəyev qeyd edib ki, Ermənistanın törətdiyi hərbi cinayətləri dünya mətbuatı geniş işıqlandırılıb. Lakin erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media orqanlarını, jurnalistləri, ictimai fəalları hədəfə götürür, onlara ciddi təzyiqlər göstərir.

Yekunda bildirilib ki, Erməni lobbisinin azad sözə, ifadə azadlığına, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə qarşı açıq müharibə elan etməsi bizdə böyük narahatlıq yaradıb. Jurnalistləri ölümlə hədələmək Avropa dəyərləri, insan hüquqları ilə ziddiyyət təşkil edir. Söz və mətbuat azadlığına qarşı terror hədəsi ilə çıxış edənlər mütləq layiq olduqları cəzanı almalıdırlar. Eyni zamanda, beynəlxalq humanitar hüquq və BMT Təhlükəsizlik Şurasının 1738 (2006) və 2222 (2015) saylı qətnamələrinə əsasən, silahlı qarşıdurmalardakı jurnalistlər mülki insanlar kimi təsnif edilir və belə olduğundan mülki statuslarına mənfi təsir göstərən heç bir hərəkət etməmələri şərtilə dinc vətəndaşlara şamil olunan müdafiə ilə təmin edilməlidirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
16:16 08.10.2026
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
16:08 08.10.2026
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
16:05 08.10.2026
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
16:02 08.10.2026
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
15:47 08.10.2026
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
15:46 08.10.2026
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
15:31 08.10.2026
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
15:08 08.10.2026
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir