05:39 Bazar Ertəsi, 18 Iyun 2018
MƏDƏNİYYƏT

Azərbaycan kinosunun gələcək inkişafına həsr olunan müşavirə keçirilib

15:30, 31.08.2017568
Azərbaycan kinosunun gələcək inkişafına həsr olunan müşavirə keçirilib
Dövlət Film Fondunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin iştrakı ilə Azərbaycan kinosunun gələcək inkişafına həsr olunan müşavirə keçirilib.
 
Tədbirdə çıxış edən Ədalət Vəliyev ölkəmizdə kinonun inkişafı istiqamətində atılan addımlardan danışıb. Nazir müavininin sözlərinə görə, son 10 ildə ölkəmizdə 44 tammetrajlı bədii film, ümumilikdə isə 344 film çəkilib: "Bu illər ərzində Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda nümayiş etdirilib, ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub. Bu gün Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir”. Görülən işləri yüksək qiymətləndirən nazir müavini bununla yanaşı müasir Azərbaycan kinosunun qarşısında duran vəzifə və məqsədlər haqqında danışaraq müvafiq qurumlara tapşırıqlar verib. Tədbirdə "Azərbaycanfilm” kinostudyası, Dövlət Film Fondu, "Yaddaş” və "Salnamə” studiyalarının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nümayəndələri iştrak edib.
XƏBƏR LENTİ